Mir Cəlal

Hekayələr toplusu

Listen in app
Mir Cəlal Paşayev (1908-1978) yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı ,filologiya elmləri doktoru, professor. Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyası (1940), "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir. 1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932-1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).. "Qafqazın müdafiəsinə görə", "Əmək igidliyinə görə" (1944) medalları, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" (1948), "Qırmızı əmək bayrağı" (1967), "Oktyabr inqilabı" (1978) və iki dəfə "Şərəf nişanı" (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və "Qabaqcıl maarif xadimi" nişanı ilə təltif olunmuşdur. Professor M.C.Paşayevin ədəbi fəaliyyətinin birinci dövründə oçerk və hekayə janrı aparıcı mövqeyə malikdir. İlk qələm təcrübəsi sayılan bu əsərlərində ədib bir sıra ciddi mövzulara toxunub. Ötən əsrin əvvəllərində ümumilikdə regionda cərəyan edən siyasi proseslərin Azərbaycan həyatına təsirini, cəmiyyətdə yaşanan təlatümləri, xalqın başına gətirilən faciələri, ermənilərin milli zəmində törətdikləri qırğınları ədəbi nümunələrində əks etdirib. Eyni zamanda insanların gələcəyə inamını, Azərbaycan cəmiyyətini bütün çətinliklərin fövqünə yüksəldən ruh yüksəkliyini və mənəvi təmizliyini xeyirin şər üzərində qələbəsi kimi qələmə verib.
1:13:27
Have you already read it? How did you like it?
👍👎
fb2epub
Drag & drop your files (not more than 5 at once)