bookmate game

Deyl Karneqi

  • Sema M-vahas quoted2 years ago
    mən başa düşdüm ki, söz güləşdirmək, ən azı, axmaqlıqdır. Başa düşdüm ki, Tan­rının zəkanı hamı arasında bərabər bölüşdürməyi lazım bilmədiyi ilə əlaqədar narahat olmaqdansa, öz məhdudluğumun adlanması ilə bağlı na­ra­hat olmaq lazımdır”.
  • Sema M-vahas quoted2 years ago
    Şəxsən mən özüm qay­mağın içində böyürtkəni çox sevirəm, ancaq aşkar etdim ki, balıqlar hansısa müəmmalı səbəbdən soxulcana üstünlük verir. Buna görə də mən balıq tutanda özümün yox, balığın nəyi sevdiyi barədə fikirləşirəm və qarmağa qaymağa batırılmış böyürtkən yox, soxulcan, yaxud cırcırama taxıb deyirəm:
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    Əgər Al-Kapone, “İki naqan” – Krouli, “Alman” – Şults və həbsxana di­var­ları arxasında olan digər mahnısı oxunmuş centlmenlər özlərini heç nədə mühakimə etmirlərsə, onda hər gün ünsiyyətdə olduğumuz adamlar haqqında nə demək olar?!
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    Tənqid faydasızdır, çünki insanı müdafiə olunan mövqeyinə gətirir və onu özünə haqq qazandıran yollar axtarmağa sövq edir. Tənqid təhlükəli­dir, çünki o, insan üçün qiymətli olan şəxsi ləyaqət hissini yaralayır, in­sanın öz əhəmiyyəti haqqında təsəvvürlərinə zərbə endirir, onda in­cik­lik və narazılıq hissini qıcıqlandırır.
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    “Malik olduğum ən dəyərli keyfiyyətin insanlarda entuziazm doğur­maq bacarığının olduğunu hesab edirəm, – deyirdi Şvab, – və zənn edi­rəm ki, insanda olan ən yaxşını inkişaf etdirməyə kömək edən üsul – bu, onun dəyərli olduğunun etiraf olunması və mükafatlandırılmasıdır.
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    “Bizim hərəkətlərimiz, əsasən, arzu­la­rı­mızdan irəli gəlir... əgər siz kimisə – bu istər iş yerində, məişət hə­ya­tında, məktəbdə və ya siyasətdə olsun – hərəkətə sövq etmək istə­yir­sinizsə, təklif olunan ən yaxşı məsləhət budur ki, hər şeydən əvvəl, həmin adamda hansısa bir güclü arzu oyadın. Kimin bunu etməyə qabiliyyəti varsa, bütün dünya onunladır. Kimin qabiliyyəti yoxdursa, təklikdə gedir”.
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    Üç əməli ilə:

    Birincisi: o, mənim əhvalatımı əvvəldən axıra qədər dinlədi, bu vaxt ərzində bircə kəlmə belə sözümü kəsmədi.

    İkincisi, mən sözümü qurtaranda və satıcılar mənim haqlı olmadığımı yenidən sübut eləməyə başlayanda o, onlara etiraz edərək mənim nöqte­yi-nəzər mövqeyimdə dayandı. O təkcə kostyumun köynəyin yaxalığını batırdığı ilə bağlı dediklərimin ədalətli olduğunu sübut etmədi, həm də on­ların mağazasında nə vaxtsa aşağı keyfiyyətli mal satıldığı ilə bağlı faktı da açıqlandı.

    Üçuncüsü, o etiraf etdi ki, meydana çıxan problemin səbəbini bilmir və mənə, sadəcə olaraq, təklif etdi: “Lütfən, deyin, mən sizin kostyumu­nuzla bağlı nə etməliyəm? Mən məhz o cür də hərəkət edəcəyəm”.
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    Əgər biz yalnız özümüz üçün nə isə bir fayda əldə etmək lazım gə­lən­də mərhəmət və minnətdarlıq şüalandıra bilən qədər eqoistiksə, əgər bi­zim qəlblərimiz bürüşmüş turş alma kimidirsə, onda bizi mütləq bizim ta­mamilə layiq olduğumuz müflislik gözləyir.
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    Professor Con Dyüi demişdir: “Öz əhəmiyyətinin etiraf olunduğu ilə bağlı ehtiraslı hiss insan təbiətinin ən dərin prinsipidir”.
  • Tarlan Nuraddinovhas quoted2 years ago
    Qayda 1: Başqa adamlara münasibətdə səmimi maraq büruzə verin.

    Qayda 2: Gülümsəyin!

    Qayda 3: Yadda saxlayın ki, adama öz adının səsi insan nitqində ən şirin və ən vacib səsdir.

    Qayda 4: Yaxşı dinləyici olun. Başqalarını özləri haqqında danış­mağa şirnikləndirin.

    Qayda 5: Həmsöhbətinizin maraq dairəsinə daxil olan mövzular ətra­fında söhbət aparın.

    Qayda 6: Adamların özlərinin əhəmiyyət kəsb etdiklərini hiss etmə­sinə çalışın – və bunu səmimiyyətlə edin.
fb2epub
Drag & drop your files (not more than 5 at once)