az

Kobo Abe

    Kamil Kamillisitat gətirir2 il öncə
    Entomoloqun sadə, ürəkdən gələn bir sevinci var – yeni növün tapılıb üzə çıxarılması. Nail oldunmu? O dəqiqə entomoloci atlasda, yenicə tapılmış həşəratın latınca yazılmış uzun elmi adının yanında sənin də adın peyda olacaq və istisna deyil ki, bu ad orada əsrlərlə qalacaq. Sənin adın, lap tutaq ki, həşəratın sayəsində də olsa, insanların yaddaşında uzun müddətə qalırsa, bu o deməkdir ki, əziyyətin hədər getməyib.
    Kamil Kamillisitat gətirir2 il öncə
    Bu necə də günü-gündən bir-birindən yapışan insanların kədərli həyatına bənzəyir. Bəli, qum həyat üçün elə də yararlı deyil. Lakin sarsılmazlıq həyat üçün beləmi mütləq vacib şərtdir? Məgər iyrənc rəqabətçilik möhkəmliyini, sarsılmazlığını təsdiq elətdirməyə çalışmaq uğrunda mübarizədən doğmurmu? Əgər möhkəmliyini bir kənara atıb, özünü qumun hərəkətinə tabe etsən, onda rəqabət də qurtarar. Axı səhrada da güllər bitir, həşəratlar və heyvanlar yaşayır.
    Kamil Kamillisitat gətirir2 il öncə
    Və təəccüblü də deyil, axı müəllimlər paxıllıqla zəhərlənən özünəməxsus həyat tərzi keçirirlər…

    İlbəil onların gözü qarşısından çay suları kimi şagirdlər axır və uzaqlaşırlar, müəllimlər isə daşlar kimi bu axının dibində qalmağa məhkumdurlar. Onlar başqalarına arzular barədə danışa bilirlər, lakin özləri, hətta yuxuda belə heç nəyə ümid bəsləyə bilmirlər. Onlar özlərini dəyərsiz şey hesab edir və mazoxist yalqızlığa düçar olur, ya da purist olur, başqalarına şübhə ilə yanaşır, onları orijinallıq etməkdə günahlandırırlar. Onlar azadlıq üçün elə darıxıblar ki, azadlığa nifrət etməyə bilmirlər.
    Kamil Kamillisitat gətirir2 il öncə
    Çox düz fikirdir: zaman birdən-birə at kimi dördnala çapmağa başlamır. Lakin əl arabasından da asta getmir.
    Kamil Kamillisitat gətirir2 il öncə
    Tutaq ki, borc – insanın pasportudur, amma nəyə görə o, pasporta icazəni bu tiplər qoymalıdır!.. İnsan həyatı – ora - bura atılmış kağız parçaları deyil… Həyat – bağlı, cidd“ cəhdlə bir - birinə tikilmiş gündəlikdir… Bir nüsxə üçün təkcə birinci səhifəsi kifayətdir… Öz borcunu davamı olmayan səhifələrdə yerinə yetirməyə çalışmaq lazım deyil…
    Kamil Kamillisitat gətirir2 il öncə
    Kişi ağzını açıb, heyvan kimi böyürdü:

    - Kömək edin!

    Çeynənmiş ifadə!.. Lap elə çeynənmiş olsun... Ölüm ayağında olanda orijinallıq hayında olmursan. Nəyin bahasına olursa olsun yaşamaq - hətta onun həyatı eyni formada bişirilən ucuz peçenye kimi başqalarının həyatından heç nə ilə fərqlənmirsə belə!
    Kamil Kamillisitat gətirir2 il öncə
    Atalar demiş: üç günün ölüsü, min ilin ölüsü
    Kamil Kamillisitat gətirir2 il öncə
    Mənim bildiyimə görə, dünyada elə adamlar var ki, pi rəqəminin bir neçə yüz işarəlik dəqiq sayını tapmaq üçün ömürlərinin az qala on ilini sərf ediblər... Əla... Yəqin bunun özündə də yaşamağın mənası var...
    Kamil Kamillisitat gətirir2 il öncə
    Sən nəsə bir murdar iş görürsənsə və bu zaman sənə baxırlarsa, bu murdarlıq eyni dərəcədə sənə baxanları da ləkələyir...Görünmək və görmək – bu iki anlayış arasında divar qurmağa dəyməz...
    Kamil Kamillisitat gətirir2 il öncə
    Yalnız gəmidə batan və ancaq möcüzə sayəsində sağ qalan adam, yalnız təkcə nəfəs aldığına görə qəhqəhə çəkmək istəyən adamın psixologiyasını anlaya bilər.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl