az

Andrey Platonov

Andrey Platonov — rus sovet yazıçısı, dramaturqu. Andrey Platonov 1899-cu ildə Voronejin Yamskaya qəsəbəsində dünyaya gəlib. Çoxuşaqlı ailənin böyük oğlu olduğundan hələ yeniyetməlik çağlarından ən ağır işlərdə çalışıb. Atasına kömək olub. Çox yerlərdə, çox sahibkarlara qulluq edib. Odur ki, yazılarında "intiligent" obrazlarına az təsadüf olunur. Onun qəhrəmanları adətən sadə zəhmət adamları, kəndlilər, fəhlələrdi. Və bu insanlar daha çox torpağa bağlılıqları, həyatın bütün qatlarına dərindən bələd olmalarıyla son dərəcə müdrik, ağıllı, tədbirli, deməli, həm də əsil ziyalıdırlar. Platonov ayrıca filoloji təhsil almayıb. Sadəcə, yazı-pozuya yaşının erkən çağlarından başlayıb. Onun ötən əsrin 30-cu illər yaradıcılığına bələd olan Lev Qumilyov deyibmiş ki, Platonovda mühəndis ağlı, kəşflərə meyl var və əgər o mühəndis olmasaydı, onda yazıçı Platonov da olmazdı. Qumilyov bununla Platonov nəsrində boy göstərən xarakter bitkinliyinə, hadisələrin, vəziyyətlərin, insan münasibətlərinin sözlə, dialoqlarla ifadəsindəki heyrətamiz riyazi dəqqiliyə işarə vurudu.

A.Platonov Voronejdəki dəmiryol texnikumunu bitirir, atası ilə bərabər qatar sürücüsü işləyir, sonra elektrik stansiyası tikintişinə rəhbərlik edir. Bax, elə o illərdə də (1917–1918) müntəzəm yazılar yazır, oçerkləri, məqalələri qəzetlərdə çıxır.

Böyük Vətən Müharibəsi başlayanda onu əsgər aparırlar. 1942-ci ildən davanın sonuna kimi "Krasnaya zvezda" qəzetinin cəbhə müxbiri işləyir. Qəzetin redaktoru Ortenberq xatırlayırdı: "Platonovun cılız fiquru onu görənlərin təsəvvüründə heç də yazıçı obrazı canlandırmırdı. Əsgərlər onunla özlərini çox sərbəst aparır, ürəyindəkiləri ən xırda incəliklərinə qədər açıb tökürdülər ki, bu da Platonova misilsiz material verirdi". A.Platonov rus yazıçıları arasında nəsr dili, üslubiyyət, ricət baxımından ən maraqlı, təkraredilməz sənətkarlardan sayılır. Onun bənzərsiz nəsri uzun illər geniş oxucu dairələrindən gizli saxlanılıb, az təbliğ olunub. Repressiya illərindən güclə yaxasını qurtarsa da, hələ 41–45-ci illər müharibəsində ağır xəstəliyə düçar olmuş, 1951-ci ildə, 52 yaşında dünyasını dəyişmişdir.
years of life: 1 September 1899 5 January 1951

Books

fb2epub
Drag & drop your files (not more than 5 at once)