Corc Cordaq

  • Ayxan Pasayevhas quoted2 years ago
    Əlinin zahiri əlamətlərini qeyd edənlər, o cümlədən “Zəxairül-üqba” əsərinin müəllifi yazır: “Əli tam yetkin olduğu zamanlarda kənardan azacıq qısa görünən orta qamətə malik idi. Üzünün rəngi tünd-qarabuğdayı idi. Ağ, uzun saqqalı, iri və qara gözləri, gözəl üzü, açıq siması, gülər üzü, gümüşü səhəngi xatırladan uzun boynu, şir sümüklərini xatırladan enli çiyinləri, əzələli qolları, enli, kobud əlləri, onu bir az kök göstərən qarnı var idi. Qıçının enli əzələsi son hissədə nazik idi. Qollarının əzələləri də enli və son hissədə nazik idi. Yol gedəndə Peyğəmbərə oxşayırdı. Yol yeriyəndə sanki Peyğəmbər yeriyirdi. Meydana üz tutanda heç nəyə etina etmədən qaçırdı.
    Hamıda heyrət doğuracaq fiziki gücə malik idi. Onun qəhrəman bir süvarini heç bir əziyyət çəkmədən sanki yeni doğulmuş bir uşaq kimi qaldırıb yerə çırpdığı çox görülmüşdü. Hər hansısa bir pəhləvanın qolundan
  • Ayxan Pasayevhas quoted2 years ago
    Qasiə” xütbəsi Əlinin bir çox həssas nöqtələrə işarə etdiyi məş­hur xütbələrindən biridir. Müəllif həmin xütbədən bir neçə cümlə qeyd etmişdir. Xütbənin tam mətni ilə maraqlananlar “Nəhcül-bəlağə”nin 234 saylı xütbəsinə müraciət edə bilərlər.
  • Ayxan Pasayevhas quoted2 years ago
    Nə üçün Şərq tarixindən sahibinə əziyyət, başqalarına nemət və bərəkət bəxş etmiş, dost və düşmənlər qarşısında əbədi bir yol açmış heyrətamiz idrak – hər bir meyil və nəticəni araşdıran, həqiqətlərin aşkara çıxarılmasına namus, şərəf, ləyaqət və qaydalar çərçivəsində çalışan elmli bir insan idrakı, insanların bütün davranışlarını, hətta hələ həyata keçirmədiklərini, lakin xəyallarında canlandırdıqlarını anlamaq üçün bütün mövzuları dərindən və dəqiqliklə öyrənən parlaq təfəkkür haqqında soruşmadın?
  • Shahin Valiyevhas quoted2 years ago
    “Bütün yoxsulların ac qalma səbəbi varlıların onların haqqını mənimsəməsidir” deyə buyurmuş, sözügedən həqiqəti “Elə bir bol sərvət görmədim ki, onda tapdalanmamış bir haqq olmasın” deyərək təsdiqləmiş, əmrində çalışanlardan birinə sosial məhrumiyyətin əsasını təşkil edən möhtəkirlikdən danışarkən “Möhtəkirlik kütlənin ziyan və zərərinə olan vali nöqsanlarındandır, möhtəkirliyin qarşısını qəti şəkildə al!” demiş güclü və kamil ağıl sahibini tanımısanmı?
  • Shahin Valiyevhas quoted2 years ago
    Bir qrup Allaha şükür və təşəkkür etmək üçün ibadət edir. Bu, azad insanların ibadətidir
  • Ayxan Pasayevhas quoted2 years ago
    Alicənab insanın ən yaxşı əməllərindən biri bildiyi həqiqətlərə göz yummasıdır
  • Ayxan Pasayevhas quoted2 years ago
    Qardaşını yaxşılıq etməklə məzəmmət et, yaxşılıqla tutduğu əməldən çəkindir
  • Ayxan Pasayevhas quoted2 years ago
    Xeyir ehtimal edə biləcəyin mövzu haqqında bədgüman olma
  • Ayxan Pasayevhas quoted2 years ago
    Cəmiyyətin üzvləri sizinlə ya dində, ya da insanlıqda qardaşdırlar. Allahın sizi bağışlamasını istədiyiniz kimi, siz də onlara qarşı mərhəmətli olun
  • Ayxan Pasayevhas quoted2 years ago
    Şərq tarixində bəlağət və ritorikanın parlaq yolunun (“Nəhcül-bəlağə”)
fb2epub
Drag & drop your files (not more than 5 at once)