az

Kurt Vonnegut

    chilanayjafarliisitat gətirir2 il öncə
    Siz uşaq yox, əsl kişi olduğunuzu yazacaqsınız və filmlərdə sizi Frenk Sinatra, Con Ueyn kimi məşhur, müharibə sevən iyrənc gədələr oynayacaq. Müharibə elə gö­zəl təsvir olunacaq ki, biz daha çox qırğın gör­mək istəyəcəyik. Yuxarıdakılar kimi övladlar döyü­şəcək.
    chilanayjafarliisitat gətirir2 il öncə
    Çarls Makeyin “Xalqların Qeyri-adi Sayıqlamaları və Kütlələrin Çılğınlıqları”
    chilanayjafarliisitat gətirir2 il öncə
    Makey yazırdı ki, Uşaqların Səlib Yürüşü 1213-cü ildə başlayıb. İki rahib Almaniya və Fransada uşaqlardan ibarət ordular yaradıb qul kimi Şimali Afrikaya satmaq fikrinə gəliblər. Üç min uşaq könüllü olub. Onlar elə bilirdilər ki, Fələstinə gedirlər. Yəqin ki, bunlar böyük şəhərlərdə yaşayan evsiz, avara uşaqlar idi. Axı yalnız belə özbaşına və arsız uşaqlar hər şeyə hazır idilər, deyirdi Makey.
    Üçüncü Papa İnnokenti də elə bilirdi ki, uşaq­lar Fələstinə yola düşürlər və bu fikir onu həyə­canlandırırdı.
    – Biz yatan vaxt bu uşaqlar tətikdə olurlar!– deyirdi Papa.
    Uşaqların çoxu Marseldən gəmiylə aparılmışdı və yarısı gəmi qəzalarında ölmüşdü. Digər yarısı isə Şimali Afrikaya çatdırılandan sonra satılmışdı. Bəzi uşaqlar anlaşılmazlıq nəticəsində Genuyaya getmişdilər. Burada onları qul gəmiləri gözləmirdi. Buradakı yaxşı adamlar onları yedirmiş, sığınacaqla təmin etmiş, bir az pul və çoxlu məsləhət verərək evə geri göndərmişdilər.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl