az

Cek London

    b6553799832sitat gətirirkeçən il
    Cek London
    Ağ diş Povest

    Birinci hissə

    VƏHŞİ

    1

    YEMƏK HƏSRƏTİNDƏ

    Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındakı qarı çırpmışdı və indi onlar bir-birinə söykənərək ala-toranlıqda daha məşum görünürdülər. Ətrafı dərin sükut bürümüşdü. Heç bir əhyat nişanəsi
    Xuraman Memmedovasitat gətirir2 il öncə
    Əsl güclü adam mərhəmət və şəfqətdən yüksəkdə durmalıdır. Bu hisslər kölələrin ya­şadıqları yeraltı mağaralarda doğmuş, yalnız zəif və bədbəxt insanların qisməti olmuşdur.
    Muradsitat gətirir2 il öncə
    . Günlər uzanmışdı, İlıq günəş şüaları bu
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    hökm sürən sükutu kədərli adlandırmaq olmazdı. Ən dəhşətlisi bu idi ki, qulağa qaqqıltı səsi dəyirdi. Yaman qorxunc səs idi. Fərəhsiz səs elə bil qədim sfinkslərin şaqqanağına bənzəyir, buz kimi adamı dondururdu. Dünyanın ətəyindən sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndlə gülürdü; əhyatın mənasız, mübarizənin faydasız olduğuna gülürdü. Bura kiməsiz,s tənha bir yer idi, qəlbi də, iliyi də donmuş uzaq şimal çölləriydi. Lakin belə şaxtalı, tənha çöllərdə də canlılar gözə dəyirdi. Minik itləri qoşulmuş kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pırtlaşıq tüklərini qırov basmışdı. Nəfəsləri buxarlanıb havada donur, sonra büllur dənəciklərə dönüb yerə tökülürdü. İtlərin boynuna dəri xaltalar keçirilmişdi, qoşquya bağlanmış qayışlarla onlar kirşəni
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    dartırdılar. Tozağacının qalın qabıqlarından düzəldilmiş kirşə qarın içinə otururdu. Kirşənin qozlası yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu ona görə etmişdilər ki, o, qabağına çıxan yüngül qar təpəciklərini basıb əzsin. Kirşədə qayışlarla möhkəm bağlanmış uzunsov bir yeşik gözə dəyirdi. Orada pal-paltar, balta,
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    qəhvədan, tava da vardı. Amma kirşənin yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox cəlb edirdi.

    İtlərin qabağında xizəkli adam zorla addımlayırdı. Lap arxadan ikinci adam gedirdi. Üçüncü adam da vardı. Amma o, kirşənin içindəki həmin ensiz, uzunsov yeşikdə uzanmışdı və onun üçün dünyanın bütün məşəqqətləri birdəfəlik qurtarmışdı. Çünki şimalın tənha hikməti onu məğlub etmişdi. Elə əyib sındırmışdı ki, hərəkətsiz uzanmış, döyüşü mübarizəsiz dayandırmışdı. Soyuq şimal hərəkəti sevmir
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    O, həyatın əleyhinədir, çünki əhyat hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir; dənizə axmaq istəyən suları dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sındırır. Çünki insan dünyanın ən yırtıcı məxluqudur
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    ! Çünki insan – bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır.

    Bununla belə, kirşənin qabağında və arxasında iki cəsur adam həyat eşqiylə irəliləyirdi. Əyinlərinə dəri palto
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    geymişdilər. Kirpikləri, yanaqları və dodaqları ağımtıl, xırda buz sırsıralarına bürünmşüdü. Adamların ağzından çıxan buğ büllur dənəciklərinə dönür, sonra bu dənəciklər onların üz-gözünə qonur, sifətlərini görünməz edirdi. Onların əcaib görkəmi vardı. Elə bil bu adamlar hansı bir xəyali kölgənisə o dünyada basdırıb qayıdan qəbirqazanları xatırladırdılar. Amma xəyali məxluq deyildilər; dünyanın qəmli səhrasına, fərəhsiz gülüş və sükunət aləminə düşmüş adamlardı. Bu cəsurlar var güclərini inadlı, məğrur
    Xəyalə Qırtımovasitat gətirirkeçən il
    niyyətlərinə həsr etmiş, şimal dünyasının qəddarlığı ilə bəhsə girmişdilər. Bu kimsəsiz dünya onlar üçün yad kosmosun əlçatmaz ənginliyi qədər uzaq idi.

    Onlar dinməzcə irəliləyir, sanki danışığa güc sərf etməkdən qorxurdular. Ətrafı ölü sükut bürümşdü. ü Sükut onların bütün vücudunu əsir eləmişdi. Bu, dənizin dərinliklərində üzən dalğıcın bədəninə suyun etdiyi təzyiqə bənzəyirdi. Sükunət qətiyyət adlı qanunu ilə onları əsarət altına almış, şüurlarının ən gizli qatlarına soxularaq elə bil oradan bütün saxtalıqları, yalanları, xudbinlik əlamətlərini üzüm şirəsi kimi sormuşdu. Bu səssiz dünya onların
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl