Əsəd Bəy

    Vusala Mammadovasitat gətirir2 il öncə
    Bu qoca xidmətçi xədim idi, cavanlığında İranın harasındasa kişiliyini itirmişdi, deyəsən, elə o vaxtdan da nağıl xəzinəsinə dönmüşdü, dərin mühakimələri vardı, noğul-nabatı çox sevirdi. Atam on beş il qabaq onu haradansa tapıb gətirmişdi, o vaxtdan bəri həm kişi işlərini, həm də qadın işlərini görürdü. Bu keyfiyyətlərini özü də bilir, bununla qürur duyurdu.

    “Allah-taala, – xədim sözünə belə başlayardı, – yeri yaradanda o, dənizin üzü kimi hamar və düz idi. Yer üzərində cürbəcür məxluqlar vardı: insanlar, heyvanlar, ruhlar, əzablar, bir də xəstəliklər. Adil Allah bunları yaradandan sonra fikirləşdi ki, yeri çox hamar və düz yaradıb, ona görə də qərara gəldi ki, səxavət göstərib hər torpağa dağlar, təpələr də versin. Odur ki, dağları, təpələri kisəsinə yığıb onları ədalətlə yer üzünə paylamağa başladı. Əzab və xəstəliklərin sahibi Şeytan isə istəmirdi ki, insan bunlara sahib çıxsın. Allah Xəzər dənizi ilə Qara dənizin üstündən keçəndə Şeytan kisənin ağzını açır, kisədəki bütün dağlar bu iki dənizin arasındakı düzənliyə səpilir. Dağlar diyarı Qafqaz belə yaranır. Amma Dünyanın Sahibi yaman qəzəblənmişdi. “Ey, Şər! – O deyir. – Sən mənim yaratdıqlarımın ən məkrlisi və mənim birinci səhvimsən. Ona görə də cəza olaraq sənə bu dağlara gəlməyi qadağan edirəm. Bu dağlarda insanlar və heyvanlar məskən salacaq, amma sən, sənin qulluqçuların olan əzablar və xəstəliklər bu torpağa gərək ayaq basmasın. Bu dağlar arasındakı həyat sizsiz də çox ağır olacaq”.

    Adil və Rəhmli Allah belə dedi, belə də oldu. Əzab və xəstəliklər düzənliklərdə, bağlarda, həyatın asan olduğu yerlərdə məskən saldı. Cəsurlar və kübarlar isə uca dağlarda, şərin, azar-bezarın olmadığı yerlərdə qaldılar”.
    Tural Niftaliyevsitat gətirir2 il öncə
    üzərində latınca yazılar, cəngavər, qartal və gerb təsvir olunur. Yazılarda deyilir: “Genua Vivat Stephan» (təxminən “Yaşasın Stefan!”), “Vivat Husar, Souvenir” (“Yaşasın Qusar! Hədiyyə”), hətta “Solingen” (Zolingen – Almaniyada qədim şəhər, burada xəncər, ülgüc tiyələri, bıçaqlar düzəldilirdi – tərc.).
    Tural Niftaliyevsitat gətirir2 il öncə
    Həmyerliləri ilə Rusiyanı fəth edən o qafqazlı gürcünün adını yuxarıda çəkmişdik. Amma Stalin onun yeganə adı deyildi. O həm Koba, həm David, həm Nişeradze, həm Çiçikov, həm də İvanoviç idi, yalnız sonda Stalin oldu. Onun əsl adı İosif Vissarionoviç Cuqaşvilidir – Tiflis çəkməçisinin oğlu.
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Əbdülhəmidin hərəmxanasına, Şahın “Gül Sarayı”na və ya Dağıstan şamxalının (“şamxal” hökmdar tituludur – tərc.) qalasına təzə qız gətiriləndə onlardan da qabaq qızı ətir ustasının yanına gətirirdilər. Bu kişi yeganə adam idi ki, ona qızla təkbətək qalmağa izin verirdilər. Ətir ustası qızın əslini-nəcabətini soruşur, adətlərini, tərbiyəsini öyrənir, rəqs etdirir, yeməyinə, mahnı oxumağına diqqət edirdi, hər tərəfini gözdən keçirir, daha neçə-neçə sual verirdi. Sonra qaşlarını bərk-bərk çatıb qayğılı halda uzaqlaşır, öz hücrəsinə çəkilirdi.

    Usta beləcə oturub işləyir, bəzən də bir neçə damcı xoş qoxulu ətir düzəltmək üçün həftələrlə çalışırdı. Gərək bu ətir o qızı bundan sonra hamıdan, bütün qadınlardan fərqləndirəydi. Ətir ustasının fikrincə, ya da ətriyyat qaydalarına əsasən, həmin ətir o qadının gizli xüsusiyyətlərini üzə çıxarmalı, fiziki məziyyətlərini tamamlamalı, nöqsanını gizlətməli idi. Məsələn, barbar ləzgi qızına kobud və kəskin qoxulu ətir, mədəni, əsil-nəcabətli şahzadə qıza yumşaq, xoş qoxulu ətir, ya da incəliyinə, zərifliyinə görə güclü ətir vurulmalı idi.
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Ətrin keyfiyyətini qızın aldığı ümumi təəssürat, onun boy-buxunu, yeriş-duruşu, hərəkətləri, Ustanın yaradıcı ruhunu ilhama gətirən hər şey müəyyən edirdi. Tez-tez, əgər qadının hansısa məxsusi cəhətləri vardısa, xüsusən çətin hallarda, məsələn, avropalı qadınlar gətiriləndə hökmdar hövsələdən çıxa bilərdi. Qız hər şeydən əvvəl vurduğu ətirdən bilinirdi, sonra onu saç ustasına və məşşatəyə (bəzəkçiyə – tərc.) göndərirdilər, axırda isə zinət və geyim üçün cavabdeh olan xədim öz işlərini görürdü. Ətir ustasına görə, gözəl qız hərəm xanımı olmaq üçün təbiətin bəxş etdiyi xammaldır, çox qiymətli materialdır, o isə bu xammalın işlənib cilalanmasında həlledici rol oynayır. Geyim, daş-qaş, hətta ənlik-kirşan onun düşüncə tərzi üçün xırda şeylərdir. Usta xüsusən qadının geyiminə üstündə işləyəcəyi həmin xammalın müvəqqəti büküldüyü kağız kimi baxır. Onun üçün əhəmiyyəti olan bir şey varsa, o da hökmdarın həzz saatlarında duyacağı (onun seçdiyi) ətir qoxusudur. Əgər işini yaxşı yerinə yetiribsə, səhər hökmdar bunun müqabilində onun ciblərini qızılla dolduracaq.
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Ətirdən istifadə Şərqdən gəlib və bu gün mədəni bəşəriyyətin adətinə çevrilib. Heç yerdə buna qədim ustaların laboratoriyalarında olduğu kimi fikir vermirlər.
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Həmin incəsənətin başqa bir sahəsi kişi ətriyyatıdır. Burada başqa qaydalar var. Savaşçı elə ətir vurmalıdır ki, onu cəsarətə gətirsin, düşməni çaşdırsın. Buna görə də ətriyyatı sarımsaqdan və digər kəskin qoxulu şeylərdən düzəldir, hər bir savaşçıya fərdi olaraq verirdilər. Onlar döyüşdən qabaq belə ətri bədənlərinə, üzlərinə sürtürdü. Ustanın dediyinə görə, bu, narkotik kimi təsir edirdi. Düşmən bu qoxunu hiss edən kimi qorxur və çaşbaş qalırdı
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Müəllif, rəssam, kalliqraf, bir də ətir ustası kitabın hazırlanmasında bərabər iştirak edirlər. Amma hər kitaba düzgün qoxu vermək heç də asan iş deyil. Usta təzə kitabı səylə nəzərdən keçirir, “içinə girir”, qədim ustaların işlərinə baxır, müəlliflə, rəssamla məsləhətləşir, lazım gələndə tələb edir ki, düzəliş etsinlər.
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Kitab qadından çox əhəmiyyətlidir. O, müəllifin və ətriyyatçının sənətini əbədiyyətə aparır. Onun qoxusu özünəməxsus, məzmunu, cildi və kalliqrafiyası ilə harmoniyada olmalıdır. O, fikri yayındırmamalı, özünəməxsus şəkildə məzmunu çatdırmalı, nağıl etməlidir.

    — Kitabın qoxusu olmalıdır, — ətir ustası bir dəfə mənə dedi. — Qədim, incə kalliqrafiya ilə yazılmış fikirlər canlanma, oyanma qoxusu yaymalıdır ki, yorulmuş oxucu işdə yatmasın, onu düzəldən Ustanın xatirəsinə təşəkkür etsin.
    Rafael İlhamoglusitat gətirirkeçən il
    Bir sıra yerlərdə qızlar ərə gedəndən sonra ata evinə yalnız iki ildən sonra gedə bilər, əri də hərdən onun yanına gələr.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl