az

Susanna Tamaro

    Basira Gasimlisitat gətirir2 il öncə
    Təəssüf ki, sabun köpüklərinə yapışıb xoşbəxtlik içində havada uçmuruq, hə­yatımızda bir başlanğıc, bir son var və bu başlanğıcla son bir ov üstünə atılan tor kimi üstümüzə dü­şür.
    Basira Gasimlisitat gətirir2 il öncə
    Amma güclü ola bilmək üçün insanın özü­­nü sevməsi lazımdır; özünü sevə bilmək üçün də in­san özünü daha dərindən tanımalıdır, özü haqqında hər şeyi, ən gizli, qəbul edilməsi çətin olan şeyləri də bil­mə­lidir. Həyat
    Basira Gasimlisitat gətirir2 il öncə
    Bətnimdə həqi­qə­tən sevdiyim insanın uşağını daşıyarkən necə olur ki, başqa bir adamı sevirmiş kimi hərəkət edirdim. Amma görürsən həyatda heç bir şey bu qədər bəsit deyil, müt­­ləq qara, ya da bəyaz yoxdur, hər zövq içində fərqli ton­lar daşıyır.
    Basira Gasimlisitat gətirir2 il öncə
    Düşünürəm ki, yaşlılar tə­biətləri qədər müdrik olmadıqları kimi, gənclər də təbiətləri qədər xud­bin deyillər. Anlamaq və an­lamamaq yaşla deyil, hər kə­sin haqq etdiyi yola əla­qəlidir.
    Basira Gasimlisitat gətirir2 il öncə
    Hər kəs günah işlədə bilər. Günahın – ya da məsuliyyətin – yalnız bizə aid olduğunu qəbul etmək çox cəsarət tələb edir. Yenə də sənə söylədiyim kimi irəliləmək üçün tək yol budur. Əgər həyat bir yoldursa, həmişə yoxuş yuxarı gedən bir yoldur. Qırx yaşımdaykən anladım ki, yola haradan başlayacağam.
    Basira Gasimlisitat gətirir2 il öncə
    Qarşında xeyli yol açıldıqda hansını seçəcəyini bil­­mə­di­yin zaman hər hansı birinə o an qədəm qoy­ma, otur və gözlə. Dünyaya gəldiyin gün necə inamla və dərindən nəfəs aldınsa, eləcə nəfəs al, heç bir şeyin sənin diqqətini yayındırmasına yol vermə, gözlə və yenə gözlə. Dur, səssizcə dur və ürəyini dinlə. Səninlə danışdığı zaman qalx və ÜRƏYİNİN APAR­DIĞI YERƏ GET.
    b3140923957sitat gətirirkeçən il
    sevdiyin insana söy­­lə­mək istədiklərin sonsuza qədər içində qalır; o tor­pağın altın­dadır, artıq onun gözlərinin içinə baxa bilməzsən, onu qucaqlaya bilməzsən, ona bu ana qədər söyləmədiklərini söyləyə bilməzsən.
    b3140923957sitat gətirirkeçən il
    Uşaq­­lıq və ahıllıq çağları bir-birinə oxşayır. Hər iki yaş döv­­ründə fərqli səbəblərlə insan olduqca müdafiəsiz olur. Bə­­­dənimizin çevrəsində görünməz bir zirehin ya­ranması yeni­yetməlik dövründə başlayır. Bu zireh uzun bir müd­dət­də yaranır və gənclik dövründə qalınlaşır. İnkişafı bir az da incininkinə bənzəyir, ya­ra nə qədər böyük və də­rin­dirsə, ətrafında ya­ra­nan zireh də o qədər güclü olur. Amma sonra, uzun za­man geyilən bir geyim kimi ən çox istifadə olu­nan yerlərindən köhnəlir, tikişləri sökü­lür və ani bir hərəkətdən yırtılır. Əvvəl heç bir şey hiss et­məz­sən, zirehinin hələ də səni möhkəm sardığını zənn edərsən, amma bir gün birdən-birə səfeh bir şey qarşısında uşaq kimi səbəbini də bilmədən ağ­­la­ma­ğa başlayarsan.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl