Yer üzünün bütün nemətləri Novruz süfrəsində olur: doğuluşun rəmzi yumurtalar, sağlamlıq üçün sarımsaq, eşq üçün kiçik quru yemişlər, gözəllik üçün alma, rifah üçün qızıllar, işıq üçün şamlar və bir güzgü, yenidən doğuluşun rəmzi kimi, qabaqcadan gözəl qabda xüsusi cücərdilmiş buğda, bir kasa suyun içində dünyanın əbədi olduğunu bildirən şamama və nəhayət, bu dünyanın fani olduğunu göstərən ağac yarpağı.