Sofyanın yeddiillik hakimiyyət dövrü başladı. Sofyanın məşuqu knyaz Vasili Vasilyeviç Qolitsın hökumətin başçısı oldu. O, müasirlərin arasında zəngin mütaliəsi ilə xarici dilləri bilməsi ilə fərqlənirdi. Onun pərəstişkarlarından biri knyaz haqqında belə demişdi: O, “çox yaxşı və dərin zəkalı bir şəxsiyyət idi, hamının sevimlisi idi”. Posol prikazının rəhbəri olan Qolitsın 1686-cı ildə Polşa ilə əbədi sülh bağladı. Müqavilə Kiyevin Rusiya ilə birləşdiyini təsdiq etdi. Bu, xarici siyasətdə qazanılmış çox böyük müvəffəqiyyət idi.