Mәmmәd İsmayıl

    b8704361746sitat gətirirkeçən il
    Ömrüm bir qayıqdır – limanı sәnsәn.

    Hәyatın beşiyi, ünvanı sәnsәn.

    Gümansız könlümün gümanı sәnsәn,

    Yaman darıxmışam sәninçin, ana.
    b8704361746sitat gətirirkeçən il
    Sәni bu hәftәlәr, aylar istәyir.

    Saçıntək ağaran çaylar istәyir.

    Dünyanın özü dә layla istәyir,

    Yaman darıxmışam sәninçin, ana.
    b8704361746sitat gətirirkeçən il
    Sevincini kəm görüncə dünyada,

    Kədərini cəm görüncə dünyada.

    Dərd görüncə, qəm görüncə dünyada

    Kaş bir az da gün görəydin, ay ana,

    Biz görəni sən görəydin, ay ana.
    b8704361746sitat gətirirkeçən il
    Bir ömür – axşamla sabah arası,

    Sabah xoş gördükmüş, axşam әlvida.
    b8704361746sitat gətirirkeçən il
    Köhnә hәyәtlәrdә söyüdlәr çadır,

    Tәnәk zoğlarında boy atıb bahar.

    Sәn әkәn ağaclar sәndәn ucadır,

    Sәnә yuxarıdan aşağı baxar...
    b8704361746sitat gətirirkeçən il
    Yenә qarşıdan qış gәlir.

    Payız әllәri boş gәlir.

    Sәn oxu, mәnә xoş gәlir

    Yağmur duası, ay bulud.
    b8704361746sitat gətirirkeçən il
    Özü öz səsinə vurulan bulaq,

    Ruhuna çilənən o su – Vətənmiş.

    Bahar aylarında yaşıl zoğ kimi,

    Köksümdən göyərən arzu – Vətənmiş!...
    b8704361746sitat gətirirkeçən il
    Gözümü açanda gördüm Arazam

    Yarım bu taydadır, yarım o tayda...
    b8704361746sitat gətirirkeçən il
    Bircə ana-vətənmiş,

    Yerdə qalanı qürbət…
    b8704361746sitat gətirirkeçən il
    Ay ağ gilas, qızıl zoğal, şəfalı armud?!

    Mən gedirəm, sizə qalır ana torpağı,

    Ölənəcən xəbərimi daşıyarsınız.

    Kökünüz ki, belə qucub ana torpağı,

    Siz yaşayın, milyon il də yaşayarsınız!
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl