E.V.Tarle

  • b0257199081has quoted2 years ago
    Bonapartla danışıqlar aparmaq üçün Avstriyadan mahir diplomat Kobensl göndərildi. Burada daş qayaya rast gəldi. Uzun və çətin danışıqlar zamanı Kobensl general Bonapart kimi “davakar və vicdansız adama” nadir hallarda rast gəlməyin mümkün olduğu barədə öz hökumətinə şikayətlənirdi.
  • b0257199081has quoted2 years ago
    Sizin imperiya hamının onu zorlamasına adət etmiş çoxdankı əxlaqsızdır... Siz Fransanın qalib gəldiyini, özünüzünsə məğlub olduğunuzu unudursunuz. Siz qrenadyorlarımla əhatə olunduğunuz bir şəraitdə mənimlə danışıqlar apardığınızı yaddan çıxarırsınız...”, – Bonapart hiddətdən qışqırırdı. O, üstündə Kobenslin gətirdiyi, rus imperatriçəsi Yekaterinanın Avstriya diplomatına hədiyyə verdiyi qiymətli çini qəhvə servizi olan mizi döşəməyə aşırdı. Serviz çilik-çilik oldu. “O özünü dəli kimi aparırdı”, – Kobensl bu haqda
  • b0257199081has quoted2 years ago
    azadlığın süst, xürafatçı, qorxaq, hiyləgər xalqı böyük işlərə cəlb edəcəyinə xəyal bəsləyirsiniz... Mənim ordumda küçədən tutulmuş və soyğunçuluqdan savayı heç nəyə yaramayan min beş yüz veyildən başqa bir nəfər belə italyan yoxdur...” O, daha sonra söyləyirdi ki, İtaliyanı yalnız bacarıqla və “sərt nümunələrin” köməyi ilə əldə saxlamaq mümkündür.
  • b0257199081has quoted2 years ago
    Əgər məni edam kürsüsünə göndərsəydilər də, xalq elə bu cür canfəşanlıqla yan-yörəmdə dolaşardı”, – bu alqışlardan sonra o belə demişdi
  • b0257199081has quoted2 years ago
    qədər sonra artıq Misir səhralarını gəzib dolaşarkən, o, səfər yoldaşlarınaə yarızarafat-yarıciddi çox gec doğulduğunu və artıq heç vəchlə ondan əvvəl Misiri fəth etmiş Makedoniyalı İsgəndər kimi buradaca özünü Allah, yaxud ya peyğəmbər elan edə bilməyəcəyini təəssüflə bildirmişdi.
  • b0257199081has quoted2 years ago
    Napoleon Direktoriyanı devirmək və ali dövlət hakimiyyətini ələ keçirmək üçün qəti və sarsılmaz niyyətlə gəmi ilə Misirdən yola düşdü. Bu, son dərəcə təhlükəli iş idi.
fb2epub
Drag & drop your files (not more than 5 at once)