Optimizmin mayasında xalis qorxaqlıq durur. Düşünürük ki, biz alicənabıq; çünki yaxınlarımıza yaxşılıq edirik və burada öz mənafeyimizi də güdə bilərik. Bankiri tərifləyirik, çünki inanmaq istəyirik ki, o, öz bankından bizə daha çox kredit verəcək; biz hətta quldurun özündə də yaxşı bir cəhət axtarırıq; ümid edirik ki, o, bizim cibimizə girməyəcək. Nə deyirəmsə, ciddi deyirəm. Həyatda ən çox nifrət elədiyim şey də optimizmdir, Bazil...