bookmate game
az

pc

  • Kamal Sahbalayevhas quotedlast year
    Yaxşı, əgər Allah varsa onda niyə

    gəlib özünü bizə göstərmir? “

    Dedilər - “Bəyəm biz buna layiqiy ki? “
  • Kamal Sahbalayevhas quotedlast year
    Bax, bütün millətlər ata xətti ilə gedir, amma cuhudlar ana xətti ilə.
  • Muzo 73has quoted2 years ago
    Ağacların budaqlarındakı xaos. Onların əyri-üyrü budaqları, harda gəldi çıxan yarpaqları.

    Yarpaqların bərabər olmayan ölçüləri. Göyə qum kimi səpələnmiş ulduzlar. Molekulların xaotik hərəkəti. Ölçülərdə

    bir-birinə standart olmayan barmaqlarımız. Şəlalənin şırıltısındakı notların xaosu. İldırımın qeyri standart hərəkəti.

    İnsan taleləri. Hadisələrin xaosu, hisslərin xaosu, xoşbəxtliyin qeyribərabərliyi, ölümün zamansız gəlməyi. Xəstəliklər, xərcəng şişinin harada gəldi çıxması. Bir-birinə bənzəməyən qum dənəcikləri, barmaq izlərimiz, DNK...

    Bunlar ilk baxışdan qaydasız görünən ilahi qanunauyğunluqlardı.
  • Muzo 73has quoted2 years ago
    McDonalds hamburgerlərinin standart ölçüləri. Metroda hamı üçün eyni gediş haqqı. Avropa Birliyinə qəbul olunan

    ölkələrin öz üzərinə götürdüyü eyniliklər. Məktəblilərin əl qaldırması.

    Standart Svarovski daşları, standart svetoforlar, standart yazı qaydaları, standart BMW X5 –lər.

    Standart tualet kağızları, standart parlament, standart tanklar, standart klaviatura hərflərinin düzülüşü, standart yol polisləri, standart maqazin verilişləri, yaponların standart kvadrat qarpızları, standart konserv qabları, standart selikon sinələr, standart reklamlar, standart adamlar, standart Siz , standart Mən.

    Bunlar ilk baxışdan nizamlı görünən insani qanunauyğunsuzluqlardı.
  • Muzaffar Israfilovhas quoted2 years ago
    Həyat bir günlük otel nömrəsi kimidir. O nömrə mənə doğma ola bilməz, onun divarlarında xoşladığım şəkilləri asmayacam. Onu qorumayacam, kommunal borcları məni o qədər maraqlandırmayacaq, vecimə olmayacaq ki, məndən sonra bu otağa kim gələcək, vecimə olmayacaq ki, məndən əvvəl bu otaqda kimlər yaşayıb. Bu nömrəyə heç vaxt gedib təzə mebel alan deyiləm, sadəcə bir günümü keçirib gedəcəm. Amma necə? Niyə?

    Mən bu otel nömrəsinə niyə gəldim ki? Niyə? Otel nömrələrinin necə gözəl olduğunu görüb əylənmək üçün?
  • Muzaffar Israfilovhas quoted2 years ago
    Yoxsa dincəlmək üçün? Yoxsa bütün günü otelin müdirinə

    ibadət etmək üçün? Ya da evdən çıxıb hər kəsdən ayrı, başqa bir yerdə özümü dərk etmək üçün...
  • Muzaffar Israfilovhas quoted2 years ago
    Deməli kimsə

    məni sevə bilər və mənim heç bir günahım olmadan sevgisi sadəcə bitə bilər. Bu qorxulu idi. Bu həqiqət idi.
  • Muzaffar Israfilovhas quoted2 years ago
    Qızıl gülü yeddi dəfə tam dərindən iyləyəndən sonra səkkizinci dəfə qoxulasan heç bir iy gəlməyəcək. Yox, gülün iyi bitmir, sadəcə

    sinirlərimiz ona öyrəşir və beyinə impuls göndərmir.
  • Muzaffar Israfilovhas quoted2 years ago
    Sadəcə sən o yollardan birini, heç olmasa birini axıra kimi getməli idin..
  • Muzaffar Israfilovhas quoted2 years ago
    Kənardan baxanda keçmişdə yaşayan alimləri və indiki dövrdə yaşayan dəliləri xatırladırdı.
fb2epub
Drag & drop your files (not more than 5 at once)