Abbasgulu ağa Bakıxanov

  • Ayaşhas quoted2 years ago
    Nadir şah) Xarəzm səfərindən qayıtdıqdan sonra, onun beyninə xudbinlik və fatehlik qürurundan əlavə, bədgümanlıq fikri və cürbəcür vəsvəsələr yol tapmışdı. Tərəfdarları ilə gözəl rəftarı tərk edərək, zülm və şiddət göstərməyə başladı. Fədakar əmirlər, xanlar və sədaqətli məmurlar səbəbsiz çəkçevirə salınırdılar, amansız cəlladların qılıncı ilə öldürülürdülər, iqtidarlarından artıq tələbat nəticəsində vergi toplayanların (mühəssillərin) çubuğu altında can verirdilər. Mülki işlər tamamilə nizamdan düşdü. Rəiyyətin əlsizayaqsızları zalımların təpikləri altında əzildi, bədəfkarların və düşmənlərin arzuladığı kimi, ölkənin hər bir tərəfində iğtişaş və hər bir işdə nizamsızlıq əmələ gəldi. Nadir şahın abad etdiyi İran ölkəsi, özünün zülmündən viranəliyə çevrildi.

    Nəhayət, hicri 1160-cı (=1747) ildə, mayis (may) ayının 9-cu gecəsi, Xorasanın Fəthabad adlı mənzilində, Xəbuşanın iki ağaclığında, onun qəhr və qəzəbinə duçar olmuş qardaşı oğlu Əliqulu xanın təhrikilə, əmirlərindən və yaxın adamlarından bir neçə nəfər onu öldürdülər.
  • Ayaşhas quoted2 years ago
    Nadir şah) Xarəzm səfərindən qayıtdıqdan sonra, onun beyninə xudbinlik və fatehlik qürurundan əlavə, bədgümanlıq fikri və cürbəcür vəsvəsələr yol tapmışdı. Tərəfdarları ilə gözəl rəftarı tərk edərək, zülm və şiddət göstərməyə başladı. Fədakar əmirlər, xanlar və sədaqətli məmurlar səbəbsiz çəkçevirə salınırdılar, amansız cəlladların qılıncı ilə öldürülürdülər, iqtidarlarından artıq tələbat nəticəsində vergi toplayanların (mühəssillərin) çubuğu altında can verirdilər. Mülki işlər tamamilə nizamdan düşdü. Rəiyyətin əlsizayaqsızları zalımların təpikləri altında əzildi, bədəfkarların və düşmənlərin arzuladığı kimi, ölkənin hər bir tərəfində iğtişaş və hər bir işdə nizamsızlıq əmələ gəldi. Nadir şahın abad etdiyi İran ölkəsi, özünün zülmündən viranəliyə çevrildi.

    Nəhayət, hicri 1160-cı (=1747) ildə, mayis (may) ayının 9-cu gecəsi, Xorasanın Fəthabad adlı mənzilində, Xəbuşanın iki ağaclığında, onun qəhr və qəzəbinə duçar olmuş qardaşı oğlu Əliqulu xanın təhrikilə, əmirlərindən və yaxın adamlarından bir neçə nəfər onu öldürdülər
fb2epub
Drag & drop your files (not more than 5 at once)