Çin filosofu Lao-szının dediyi kimi, “ən yaxşı liderlər mövcudluğundan xalqın xəbərsiz olduğu rəhbərlərdir”.
Yaxşı liderlər ətraflarına istedadlı menecerlər yığmağa çalışırlar. Onlar özlərindən ağıllı menecer tapanda sevinirlər. Tom Sibel təkid edir ki, “Siebel Systems”in istiqamətləndirici rəhbərləri öz fəaliyyət sahələrində ondan qat-qat güclü olsunlar. Maliyyə direktoru maliyyə məsələlərində, marketinq şöbəsinin rəhbəri marketinq məsələlərində baş direktordan səriştəli olmalıdır. Baş direktorun qarşısında duran məsələ bütöv bir şirkətin nailiyyəti üçün birgə işləməyə qabil olan ekspert komandasını yaratmaqdır.
Bundan başqa, yaxşı liderlər konformistlərə heç tab gətirmirlər. Sizinlə razılaşan adamları yaxına buraxmayın. Yaxşı lider həmkarlarından həqiqəti eşitmək istəyir, o, əməli müzakirələri və qeyri-standart düşüncə tərzini təşviq edir, genişmiqyaslı fikirləri salamlayır. O, dürüst səhvlərlə səbirli davranır, son qərarı qəbul edəndən sonra isə işçilərini onu həyata keçirə bilmələri üçün həvəsləndirir.
Yaxşı liderlər rəqəmlərə az vaxt ayırır – onlar insanlarla işləməyə, əsas müştərilərlə daha çox təmasda olmağa üstünlük verirlər. “General Electric”in rəhbəri Cek Uelç müştərilərlə ünsiyyətə ildə 100 gününü sərf edib. Lu Gerctner də IBM-in başında duranda eyni cür edib.
Yalnız liderin işi yetərincə mürəkkəbdir – bu, heç də özün kimi başqa liderlərlə qolf oynamağa bənzəmir. Bir baş direktor belə söyləyib: “Mən yalnız narahat olduğum anlarda rahat oluram”