“Qızıl qızdırması” günlərində minlərlə başqaları kimi, R.U.Derbinin5 əmisi də tez bir zamanda varlanmaq həvəsinə düşür və o bu məqsədlə Qərbə QIZIL AXTARMAĞA gedir. Derbi əslində yerin altında o qədər də qızıl olmadığı fikrini yaxınına belə buraxmırdı. O, əldə etdiyi sahəyə payalarla sərhəd çəkib, gecə-gündüz külüng çalmağa başlayır. O, istəyində qərarlıydı: qızıla olan şiddətli həvəsi onun inadkarlığını yemləyirdi. Beləcə, bir neçə həftəlik məşəqqətli əziyyətinin qarşılığında gözqamaşdıran külçələrlə mükafatlandırılır. Lakin onu yuxarı qaldırmaq üçün Derbiyə texnika lazımıydı. O, sakitcə şaxtasını bağlayıb evə, Uilyamsburqa, Merilend ştatına dönür və qohumlarını məsələdən xəbərdar edir. Maşını ala bilmələri üçün birlikdə pul toplayırlar, sonra Derbi və əmisi qızıl yataqlarına qayıdırlar. Beləcə, qızıl külçələri doldurulmuş ilk yük maşını metaləridənin yanına aparılır, süxurun analizi həyata keçirilir; nəticə başgicəlləndirici olur: sən demə, əmi Koloradoda ən zəngin qızıl yatağını tapıbmış! Daha bir neçə bu cür yük maşını – və o yalnız zərərini aradan qaldırmayacaq, həm də varlı bir insana çevriləcək! Əmi çılğınlıqla qazmağa başlayır. Lakin tezliklə qızıl damarının... yoxa çıxması aydın olur. Onlar lap sonunadək qazırlar, amma bir daha qızıla rast gəlmirlər. Onlar yenə də qazmaqda davam edirlər, ümidlərini heç cür üzmürlər, amma səyləri uğursuzluqla nəticələnir. Nəhayət, şaxtadan əl çəkmək qərarına gəlirlər.