Kitabda tanınmış şair-publisist Tapdıq Yolçunun son on ildə qələmə aldığı şeirlərin bir hissəsi toplanmışdır. Özünəməxsus mövzuları, poetik nəfəsi, deyim tərzi və dəsti-xətti olan T.Yolçunun şeirləri oxucuları çoxçalarlı hisslər dolanbacına salır, həyat, sevgi, ölüm, gözəllik haqqında nəğmə kimi səslənir. Şübhə yoxdur ki, müəllifin oxucularla bu ikinci görüşü də uğurlu olacaq.