Mənim arzum “Yunost” jurnalında çap olunmaq idi. Ya da “Novıy Mir”də. Ya da, heç olmasa, “Avro-ra”da. Qısası, harada olursa olsun, amma çap olunmaq istəyirdim.
Bütün redaksiyalara öz əsərlərimi göndərdim və
yüzə yaxın rədd cavabı aldım.
Bu qəribə idi.
Mən üsyançı yazar deyildim. Siyasətlə maraqlanmırdım. Öz yazılarımda erotizmə çox da yol vermirdim. Yəhudi problemi haqqında yazmırdım.
65
Mənə elə gəlirdi ki, mən insan ürəyinin tarixini ya-zıram. Vəssalam. Mən yaxından tanıdığım bir gənc atıcının əzabları haqqında yazırdım. Həbsxana düşər-gəsindən yazırdım. Böyük şəhərin içkiyə qurşanmış
aşağı təbəqəsindən. Xırda alverçilər və ədəbi bohem haqqında yazırdım...
Mən antisovet yazıçı deyildim, amma buna baxmayaraq, məni çap etmirdilər. Hey düşünürdüm ki, görəsən, niyə? Nəhayət, başa düşdüm.
Mənim yazdıqlarım mövcud deyil. Yəni həyatda bunlar, təbii ki, mövcuddur. Ancaq ədəbiyyatda mövcud deyil. Hökumət özünü elə aparır ki, guya belə bir həyat yoxdur.