John Le Carre 1931-ci ildə anadan olmuşdur. O, Bern və Oksford Universitetlərində təhsilini başa vurduqdan sonra “Britaniyanın Xarici Xidmət” şöbəsində beş il işləmişdir. Bu müddət ərzində John Le Carre üç roman yazmışdı: “Ölülərə çağırış”, “Yüksək səviyyəli qətl” və “Soyuqdan gəlmiş casus”. Bu romanlar onu XX əsrin böyük və çoxsatan yazıçısı kimi məşhurlaşdırmışdı. Üç romanın hər biriylə yanaşı “The Looking Glass War” romanında və “Karla” trilogiyası olan “Thinker Toiler Soldier Spy”, “The Honourable Schoolboy”, “Smiley`s People” əsərlərində baş qəhrəmanı olan Georg Smileyin xarakteri işlənmişdir. John Le Carre ən son əsərlərinə “Constant Gardener”, “A Most Wanted Man” və nəhayət, 2010-cu ildə nəşr edilən “Our Kind of Traitor” daxildir.