Napoleon Hill

Düşün və varlan

Yəqin ki, dünyada ən əhəmiyyətli və nüfuzlu kitab uğura, zənginliyə, maneələri aşa bilən həyat enerjisinə və məqsədyönlülüyə yönləndirən dərslik sayılır. “Düşün və varlan” kitabı 70 il ərzində zənginliyin yaradılması üzrə klassik dərslik sayılır. Napoleon Hill hər fəsildə pulun əldə edilməsinin sirlərini açır və bu sirlərdən istifadə edən minlərlə insan nəinki zənginlik əldə edir, üstəlik dayanmadan onu artırır və eyni zamanda öz şəxsi potensiallarını inkişaf etdirir, zənginləşdirir.
Qarşınızdakı Napoleon Hillin möhtəşəm işinin əlavələr edilmiş, müasir həyata uyğun yenidən işlənib-hazırlanmış təzə klassik nəşridi.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
439 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Bənzər kitablar

Təəssüratlar

    Xalıqova Fidantəəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır

    Bu deqiqe her kes eyni dizayn ve şablonlaşmış sözlerle kitab çıxarır. Kitabın esl mahiyyeti de itir AMMA bu kitab size bir daha yaşayışıvızı nezerden keçirmeye sövq edecek

    Elvane Seferovatəəssüratları paylaşkeçən il
    👎Tövsiyə etmirəm

    elə bir tarix kitabi oxuyuram..Butun kitab boyunca Napaleon Hill və kitabi təriflənir.Mənimçün cox cansixici kitab oldu.Kitabi güclə oxudum bitirdim.Tək tük yararli cümlələr tapmaq olur...

    Tural Tahirlitəəssüratları paylaş3 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Əla👍 Dəfələrlə oxumağınız məsləhətdir. Hər dəfə yeni bir şey həyatınızı dəyişəcək.

Sitatlar

    Fira Alizadesitat gətirir5 il öncə
    Belə bir nəticəyə gəlmişəm: həyat mənə hansı çağırışlar etsə də, bu sehrli kitabın səhifələrində çıxış yolu tapacam. İkinci vərdişimi isə qaydaya çevirmişəm: ildə iki dəfə bir ay ərzində “İnadkarlıq” fəslini yenidən oxumaq.
    b2207424089sitat gətirir5 il öncə
    YALNIZ UĞUR BARƏDƏ
    DÜŞÜNƏNLƏRİN bəxti gətirir.
    Talesizlik isə MƏĞLUBİYYƏTİ GÖZÜNƏ
    ALANLARIN qismətidir.
    Gunel Najafovasitat gətirir10 ay öncə
    Münasib məqamı gözləməyin:
    o, heç vaxt gəlməyə bilər.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl