Görkəmli şair, publisist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın yaradıcılığı oxuculara yaxşı tanışdır. Onun Vətən, yurd, millət yanğılı, insana, xalqımızın zəngin mənəvi dəyərlərinə sevgi ilə dolu şeirləri, poemaları, esseləri və publisistik yazıları Azərbaycan ədəbiyyatının sanballı nümunələrinə çevrilmişdir. Oxuculara təqdim olunan ikicildlik “Seçilmiş əsərlər”in birinci cildində müəllifin müxtəlif illərdə yazılmış şeirləri toplanmışdır.