Mari Viktor Hüqo

Səfilllər

    sophiamiller57646sitat gətirir4 il öncə
    Həyat – dözülməz bir yükdür, ölüm ən yaxşı çıxış yoludur
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Bazar günü yorulmazlar, bazar günü yorğunluq özü də istirahətdir”
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Bəzən maarif və bilik yalnız şərin qüdrətini artırır.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Ləkələnmiş adamlar hörmət həsrətindədirlər.
    Intizar Sübhansitat gətirir4 il öncə
    Sevgi heç bir şeylə kifayətlənmir. İnsan xoşbəxt oldumu – cənnət istər, cənnəti əldə etdimi – səma istər.
    Bəhlul Vəliyevsitat gətirir4 il öncə
    O deyərdi: “Ölənlərə başqa nəzərlə bax­maqdan çəkinin. Torpağın altında çü­rüyən şeyi düşünməyin. Diqqətlə baxın, göylərdə canlı bir işıq görəcəksiniz, o sizin əziz ölə­ninizin ruhudur”
    b1750743140sitat gətirir4 il öncə
    İnqilabın nə olduğunu bilmək istəyirsinizsə, onun adını Proqres qoyun, proqresin nə olduğunu öyrənməyi arzu edirsinizsə, onu Sabah adlandırın.
    Elmin Seyfəddinlisitat gətirir5 il öncə
    Bunu yadınızda saxlayın: hər bir ehtirasımızın, hətta eşqin belə öz mədəsi vardır ki, onu çox yükləmək lazım deyil. Hər zaman! Hər şeyin üzərində vax­tında “bəsdir” sözünü yazmağı bacarmaq lazımdır
    Elmin Seyfəddinlisitat gətirir5 il öncə
    Ümidinizi o kəsə bağlayın ki, onun heç bir varisi yoxdur.
    Cavid İsmayılzadəsitat gətirir10 ay öncə
    Münəccim ulduzlarla necə tanışdırsa, bəzi adamlar da namusun qayda-qanunu ilə elə tanışdırlar: uzaqdan-uzağa..
    A.A.Bakuvisitat gətirir2 il öncə
    Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır”.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Sağ qalmağın üçün caniyə borclu olasan, həm də bu borcu etiraf edəsən, qaytarasan, öz-özünün əksinə gedərək islahedilməz cinayətkarla bir sırada durasan, göstərilən xidmətə xidmətlə cavab verəsən, o yerə gəlib çatasan ki, öz-özünə “Get!”, ona da: “Sən azadsan!” deyəsən, hamıdan ötrü bir vəzifə olan borcunu şəxsi məsələ üçün fəda edəsən, eyni zamanda bu şəxsi məsələ arxasında eyni dərəcədə ümumun vəzifəsi olan bir şey, bəlkə də, yüksək bir qanun duyasan, öz vicdanına sədaqətli qalmaq üçün cəmiyyətə xəyanət edəsən! Bütün bu mənasız şeylər gərək elə, doğrudan da, olaydı, özü də onun payına düşəydi! Javeri üzən bu idi.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Vətəndaş müharibəsi! Bu nə deməkdir? Xaricilərlə də müharibə varmı? Məgər insanlar arasında olan hər cür müharibə – qardaşla qardaş arasında olan müharibə deyilmi? Müharibə ancaq öz məqsədinə görə müəyyən edilir. Nə xaricilərlə müharibə var, nə vətəndaş müharibəsi! Ancaq ədalətli və ədalətsiz müharibə var. Böyük bəşəri müqavilə bağlanana qədər, ləng tərpənən keçmişə qarşı tələsməkdə olan gələcəyin hücumu – ancaq belə bir müharibə zəruri ola bilər. Belə bir müharibəni nədə töhmətləndirmək olar? Müharibə o zaman biabırçı bir şey, xəncər də o zaman qatil xəncəri olur ki, bunlar haqqa, tərəq­qiyə, idraka, mədəniyyətə, həqiqətə öldürücü zərbə endirir. Belə bir müharibə, istər vətəndaş müharibəsi, istərsə xaricilərə qarşı müharibə olsun, eyni dərəcədə ədalətsiz müharibədir və bunun adı cinayətdir.
    Rafael İlhamoglusitat gətirir3 il öncə
    Şəhərlər qaniçən insanlar yaradır, çünki şəhər həyatı insanların əxlaqını pozur. Dağlar, dənizlər, meşələr isə vəhşi insanlar yaradır: onlar insanı sərt­ləşdirirsə də, lakin çox zaman onun insanpərvərliyinə toxunmur.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    kim ki ancaq kişini yoxsulluq içində görmüşdür – o heç şey görməmişdir; qadını yoxsulluq içində görmək lazımdır; kim ki ancaq qadını yoxsulluq içində görmüşdür – o heç şey görməmişdir; uşağı yoxsulluq içində görmək lazımdır!
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Natəmiz vicdan hər zaman nizamsız bir yaşayışa səbəb olar
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Belə təsadüflər olur ki, vuruşmada məğlub olan bir xalq, tərəqqidə qalib gəlir. Şərəf və şöhrət az olsa da, azadlıq çox olur. Təbil səsi susur, idrakın səsi ucalır. Bu elə bir oyundur ki, burada udan uduzandır.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Xərabələrin əksəriyyətlə əzəmətli bir mənzərəsi var.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Dənizdən daha əzəmətli bir mənzərə vardır ki, o da göydür. Göydən daha əzəmətli bir mənzərə vardır ki, o da insan qəlbinin sirli dərinlikləridir.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl