Corc Oruell

Heyvanıstan

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903–1950) ya­ra­dıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüz­illikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­dıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi po­le­mika doğurmuşlar. Oruell nəsrinin mühüm, diq­qətəlayiq nümunələrindən sayılan “Heyvanıstan” po­ves­ti Azərbaycan dilində ilk dəfə, həm də orijinal­dan tər­cümədə çap olunur. Kitab geniş oxucu kütlələri, bə­dii ədəbiyyat həvəskarları üçün nəzərdə tutulur.
128 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Bənzər kitablar

Təəssüratlar

    Mirzə İskəndərovtəəssüratları paylaş4 il öncə
    🔮Müdrik kitabdır
    🎯Faydalı kitabdır

    Həqiqətən dəyərli kitabdır, "1984"-dən əvvəl yazılmağına baxmayaraq, öz gücünü göstərə bilib. Tövsiyyə edirəm.

    Cavid İsmayılzadətəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm

    Çox möhtəşəm əsərdi.Oruell cəmiyətdəki sosial ədalətsizliyi,diktaturanı, despotizmi, yaltaqlığı alleqorik formada tənqid edir.bu əsərdən götürüləsi çox mesaj var məncə.əsər nəsə demək istiyir...👍📖

    b6533622321təəssüratları paylaş2 ay öncə

    Insan yeganə məxluqdurki heç nə istehsal etmədən hər şeyə sahib çıxır.

Sitatlar

    aygulsitat gətirir4 il öncə
    Heyvanlar təəccüb dolu baxışlarını donuz­lar­dan insanlara, sonra isə təkrar insanlardan donuz­lara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxır­dı­lar. Lakin artıq onları biri-birindən fərqlən­dir­mək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
    Tutu Babaxanovasitat gətirirkeçən il
    Bizim ye­ganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaq­laşdırın, o zaman aclığı, ehtiyacı, kölə əməyini doğu­ran səbəblər də aradan qalxacaq!

    İnsan yeganə məxluqdur ki, heç nə istehsal et­mədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurt­lamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.
    Kenan Eliyevsitat gətirirkeçən il
    Həyatında ilk dəfə Bencamin özü üçün müəyyən etdiyi qaydaları pozmağa razılıq verdi və divardakı yazını oxudu. Prinsiplər əvvəlki idi. Yalnız bir Prinsip dəyişilmişdi:

    BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR

    LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX BƏRABƏRDİRLƏR!

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl