bookmate game
Corc Oruell

Heyvanıstan

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903–1950) ya­ra­dıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüz­illikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər ya­ran­dıqları vaxtdan ədəbi və siyasi fikrin diqqət mər­kəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi po­le­mika doğurmuşlar. Oruell nəsrinin mühüm, diq­qətəlayiq nümunələrindən sayılan “Heyvanıstan” po­ves­ti Azərbaycan dilində ilk dəfə, həm də orijinal­dan tər­cümədə çap olunur. Kitab geniş oxucu kütlələri, bə­dii ədəbiyyat həvəskarları üçün nəzərdə tutulur.
This book is currently unavailable
128 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Mirzə İskəndərovshared an impression7 years ago
    🔮Hidden Depths
    🎯Worthwhile

    Həqiqətən dəyərli kitabdır, "1984"-dən əvvəl yazılmağına baxmayaraq, öz gücünü göstərə bilib. Tövsiyyə edirəm.

  • b6533622321shared an impression3 years ago

    Insan yeganə məxluqdurki heç nə istehsal etmədən hər şeyə sahib çıxır.

  • Cavid İsmayılzadəshared an impression4 years ago
    👍Worth reading

    Çox möhtəşəm əsərdi.Oruell cəmiyətdəki sosial ədalətsizliyi,diktaturanı, despotizmi, yaltaqlığı alleqorik formada tənqid edir.bu əsərdən götürüləsi çox mesaj var məncə.əsər nəsə demək istiyir...👍📖

Quotes

  • aygulhas quoted7 years ago
    Heyvanlar təəccüb dolu baxışlarını donuz­lar­dan insanlara, sonra isə təkrar insanlardan donuz­lara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxır­dı­lar. Lakin artıq onları biri-birindən fərqlən­dir­mək, kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
  • Tutu Babaxanovahas quoted4 years ago
    Bizim ye­ganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaq­laşdırın, o zaman aclığı, ehtiyacı, kölə əməyini doğu­ran səbəblər də aradan qalxacaq!

    İnsan yeganə məxluqdur ki, heç nə istehsal et­mədən hər şeyə sahib çıxır. O, süd vermir, yumurt­lamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir.
  • Mir Alihas quoted7 years ago
    Hər bir uğur, taleyin hər bir töhfəsi üçün Napoleona mi­nnətdar olmaq adət halını almışdı. Məsələn, bir to­yuq başqa toyuğa deyirdi: “Böyük Rəhbərimiz yol­daş Napoleonun qayğısı sayə­sin­də beş gündə altı yumurta yumurtlamışam”.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)