Kitablar

Kəlilə və Dimnə

Oxuculara təqdim olunan “Kəlilə və Dimnə” qədim Şərq ədəbiyyatının əvvəlcə xalq arasında yaranıb, sonra müxtəlif kahinlər və guşənişin müdrik filosoflar tərəfindən işlənmiş ölməz abidələrindən biridir. Tədqiqatçıların inandığına görə, bu gözəl sənət əsəri təqribən III–-IV əsrlərdə şifahi hekayələr şəklində öncə Hindistanda meydana çıxmışdır.
«Kəlilə və Dimnə»də əhvalatlar heyvanların dilindən nəql olunur.
Əlbəttə, bu, sadəcə bədii üsuldur. Əslində isə burada insan həyatının bəzi əhəmiyyətli, vacib məsələləri əks olunmuşdur.
Ədalətli hakimiyyət haqqında, hakimlərlə xalq arasındakı münasibətlər haqqında maraqlı mühakimələrlə yanaşı biz orada qədim dövrlərdəki xalq həyatının bir çox canlı mənzərələrini, xalqın arzu və istəklərinin əksini görürük.
359 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

Kitab xoşunuza gəldi?

Giriş və ya qeydiyyat
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl