az
Ayşə Kulin

Vida. Əsir Şəhərdə Bir Qonaq

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
Ayşə Kulinin “Vida – əsir şəhərdə bir gün” əsəri təxminən bir əsr əvvəlin hadisələrindən bəhs edir. Birinci Dünya müharibəsinə qoşulan və hərbi kampaniyada uğursuzluqlara düçar olan Osmanlı imperiyasının paytaxtı işğal olunur, sultan və onun nazirləri yadelli işğalçıların əlinin altında məzlum vəziyyətə düşürlər. Ancaq vətənpərvərlər bununla barışmır, gizli dərnəklərdə birləşərək azadlıq, müstəqillik uğrunda mübarizəyə başlayırlar.
Əsərdə hadisələr əsasən bir nazirin evində cərəyan edir. Nazirin xalası nəvəsi inqilabçıdır və doğma İstanbulunun azadlığına çalışır. Nazir Əhməd Rəşad əvvəlcə onu düz yola dəvət etsə də, sonradan məhz Kamalın düz yolda olduğunu görür və işğalçılara qarşı vuruşanlara dəstək verir.
Yazıçı “Vida”nı olduqca koloritli, canlı təhkiyə ilə yazıb. Romanda sevgi-məhəbbət mövzusu da parlaq işlənilib.
This book is currently unavailable
386 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Quotes

  • Həmidə Məcidlihas quoted7 years ago
    Zır-zır ağlayan, cırıq paltarlı uşaqlarını sinəsinə sıxan qapqara geyinmiş qadınlar, cır-cındır içindəki uşaqların müşayiəti ilə güclə hərəkət edən qocalar düşdükləri vəziyyəti büruzə verməməyə çalışırdılar. Onlar var-yoxlarını qaçdıqları və ya qovulduqları torpaqlarda buraxan ümidsiz insanlar idilər. Bircə qürurları qalmışdı əllərində. Əsla şikayət etmir, sığındıqları komalarda həyat uğrunda mübarizə aparırdılar
  • Həmidə Məcidlihas quoted7 years ago
    həmin vaxt İstanbuldakı yunan və erməni patriarxları işğalçıların yalnız İstanbulu deyil, bütün Türkiyəni işğal etmələri üçün əllərindən gələni edirdilər. Buna nail olmaq üçün isə ölkədə qarışıqlıq yaratmaq lazım idi. Bu məqsədlə yunan və ermənilər müsəlmanları təhrik edərək dava salmaq üçün müxtəlif yollara baş vururdular.

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)