Erix Maria Remark

Zəfər Tağı

    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    Evli kişilərin balaca mehmanxanalarda məhəbbətlərinin coşan vaxtı idi, axşam isə ləyaqətli ailə başçısı kimi evlərinə qayıdırdılar.
    Rüzgar Mövsümsitat gətirir7 il öncə
    Ölən qızın sağ ayağında nazik, ucuz, saxta qızıldan hazırlanmış zəncir vardı. Belə səfehliyi ancaq zövqsüz, xəyalpərvər cavanlıqda eləmək olardı... Düyməsində «Toujours Charles»1 yazılmış bu zəncir ayağına elə dolanmışdı ki, açmaq olmurdu və Sena çayının sahillərində keçən bazar günlərindən, eşqbazlıqdan, çılğın gənclikdən, Neydəki balaca zərgər dükanından, talvarda keçən sentyabr gecələrindən xəbər verirdi. Və qəflətən gələn ayrılıq, yollarda qalan gözlər, qorxu, qəfil yoxa çıxan Şarl... Haradasa bir mamaça tanıyan rəfiqəsi. Mamaça, üstünə müşəmbə salınmış stol, dəhşətli ağrılar, qanaxma... qan... qarının qorxudan qırışmış sifəti. Başından eləmək üçün onu taksiyə qoyan əllər. Sonra o əzablı-işgəncəli günlər və nəhayət, təcili yardım, xəstəxana, alışıb-yanan tərli ovcunda sıxdığı olan-olmazı – yüz frank və bir də... artıq gec idi...
    Radio xırıldamağa başladı. Kimsə tanqo üstündə qart səslə mənasız sözlər oxuyurdu. Ravik birdən hiss elədi ki, bayaqkı təşrihin gedişini təzədən xatırlayır, hər hərəkətini saf-çürük edir. Bir-iki saat əvvəl olsaydı, yenə nə isə eləmək mümkün idi. Veber zəng elətdirib, ancaq mehmanxanada tapılmayıb. Demək, o, de Alma körpüsünün üstündə dayanıb çaya baxıb, qız da bu arada ölüb.
    Sahilesitat gətirir5 il öncə
    Həyat, kiminsə hesabına yaşamaq deməkdir. Biz hamımız bir-birimizdən yeyirik. Ancaq insanda, hərdən də olsa, xeyirxahlıq qığılcımı olur, gərək, ona toxunmayasan, qoyasan qala. Yaşamaq çətinləşəndə, o, köməyə gəlir.
    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    Həyat adama bir də ona görə lazımdır ki, mübarizə aparsın, sadəcə olaraq, nəfəsi nə qədər gedib-gəlir, mübarizə üçün fürsət gözləsin. Ancaq gözləmək də adamı için-için yeyir, ümidlər alt-üst olur, üstəlik, səni gizli bir qorxu hissi də bürüyür ki, tamam əldən düşəcəksən, gözləməkdən üzüləcəksən, yorulacaqsan, həyatla ayaqlaşa bilməyəcəksən
    Gunel Najafovasitat gətirir7 il öncə
    – Sən... Sən özünə həmişə belə arxayın olmusan. Sənin bu arxayınlığın adamı dəli eləyir. Heç nə sənin özünə olan bu inamını sındıra bilmədi. Sənin bu ölçülü-biçili hərəkətinə nifrət edirəm! Həmişə də eləmişəm! Mənə elə adam lazımdır ki, məftun olmağı bacarsın! Elə adam lazımdır ki, dərdimdən dəli olsun! Elə adam lazımdır ki, mənsiz yaşaya bilməsin! Sən isə mənsiz yaşaya bilirsən. Həmişə də yaşamısan. Mən sənə lazım olmamışam! Sən soyuqsan! Sən ürəksizsən! Sənin məhəbbətdən xəbərin yoxdur! Mən səni heç vaxt ürəkdən sevməmişəm. Onda da yalan danışdım, dedim ki, iki ayın ayrılığı belə elədi. Lap getməmiş olsaydın da, belə olardı! Gülmə! Səninlə «o»nun ­fərqini bilirəm... Bilirəm ki, «o» sənin kimi ağıllı deyil, ancaq özünü mənim yolumda qurban eləyər, onun üçün bu dünyada var da mənəm, yox da mən! Bütün fikri, düşüncəsi mənəm! Məndən başqa heç kəsi istəmir, heç kəsi tanımır... Mənə də beləsi lazımdır!
    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    – Bunun ona nə dəxli?
    – Çoxdur. Sevmək, kiminləsə ömrü başa vurmaq deməkdir.
    – Elə şeylərdən başım çıxmaz. Bircə onu bilirəm ki, kimdirsə, onsuz yaşamaq olmaz
    Rena Hajiyevasitat gətirir7 il öncə
    Mən də elə fikirləşirəm. Qalın, burada yatın. Ən yaxşısı budur. Sabah baxarıq. Qadın onun üzünə
    Mir Ismail Alisitat gətirir5 il öncə
    Unutmaq! Sözə bax! Onda dəhşətlər də var, təsəlli də, vahimə də! Kim unutmasa yaşaya bilər? Elə adam da tapılarmı, istədiklərinin hamısını unuda bilsin? Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi? Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
    Sakina İbrahimsitat gətirir5 il öncə
    – Siz, gərək, bu qədər görüb-götürəndən sonra çox dözümlü olaydınız.
    Ravik istehza ilə ona baxdı:
    – Dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək ­mümkündür...
    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    şübhəsiz, özünü insanpərvər hesab eləyirdi. Yəqin ki, mehriban ata, qayğıkeş ər idi. Ancaq kabinetə girən kimi «heç cür mümkün deyil», «bəs onda necə olar...» kimi ibarələrin arxasında gizlənən ­zülmkara çevrilirdi
    Kamran Əliyevsitat gətirir5 il öncə
    belə sirli-soraqlı eləyən özünün vurğun könlüdür. Bilirdi ki, bundan da qəşəng, bundan da ağıllı, bundan da saf üzlər var. Ancaq onu da bilirdi ki, başqa üz yox, məhz bu üz onun qəlbinə hakim kəsilib.
    Gunel Najafovasitat gətirir7 il öncə
    – Özünü necə hiss eləyirsən?
    – Çox pis.
    – Elə bilirdin ki, başqa cür olacaq?
    – Hə. Adam həmişə nə isə başqa cür gözləyir...
    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    – Məhəbbət dupduru, balaca bir gölməçə deyil ki, şəklin həmişə ora düşsün, Joan. Onun tufanı var, fırtınası var... Onda gəmilər, şəhərlər qərq olur, səkkizayaqlı ilbizlər, qızıl küpələri, mirvarilər batır. Ancaq mirvarilər çox dərinə gedir...
    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    Ravik güldü:
    – Bu da məni atıb gedəndə, deyəcəyin son sözlər olacaq. Deyəcəksən ki, guya, mən səni atmışam. İstədiyin qədər də bəhanə tapacaqsan, hamısına da
    Ülkər Nadirlirsitat gətirir7 il öncə
    konserv kimidir, təkcə ağzını açmaq lazımdır.
    Xuraman Memmedovasitat gətirir2 il öncə
    Əvvəllər bizi bağlayan tellər indi qırılıb. Biz sapı qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq. İndi heç nə etibarlı deyil.
    Xuraman Memmedovasitat gətirir2 il öncə
    Adam, gərək, ən çətin anlarda belə rahatlıq haqda düşünsün. Köhnə əsgərlik adətidir.
    Xuraman Memmedovasitat gətirir3 il öncə
    Adam o vaxt azad olur ki, uğrunda yaşadığı şeylərin hamısını itirir...
    M.Vəlizadəsitat gətirir4 il öncə
    Əvvəllər bizi bağlayan tellər indi qırılıb. Biz sapı qırılmış muncuq kimiyik, hərəmiz bir tərəfə dağılmışıq.
    Mir Ismail Alisitat gətirir4 il öncə
    İnsanlar niyyət eləməkdə ustadırlar, ancaq onu həyata keçirəndə zəif olurlar.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl