“Yazıçı və arvadı” kitabı sayca müəllifin ikinci kitabıdır. Kitabda “Hisslər və macəralar” silsiləsindən olan hekayələr toplanıb. Hekayələr Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk duyğusal sevgilərindən, dostluq macəralarından, gənclərin “şəxsi həyat, yaxud karyera” dilemması qarşısındakı yaşantılarından bəhs edir.