Gün var əsrə bərabər, Chingiz Aytmatov
Kitablar
Chingiz Aytmatov

Gün var əsrə bərabər

Oxu
419 kağız səhifələr
  • 👍4
  • 💧2
  • 🎯2
Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanının baş qəhrəmanı Yedigey vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insandır. Müəllif qəhrəmanın taleyini müasir dövrün bir sıra problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə edib, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsini ən böyük qələbə kimi səciyyələndirir.
Təəssürat
Rəfə

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

Bookmate – bu, oxumaq istəyəcəyiniz tətbiqdir
  • 👍Tövsiyə edirəm4
  • 💧Gözdən yaş gələnədək2
  • 🎯Faydalı kitabdır2
Giriş və ya qeydiyyat
Əli Məmmədli
Əli Məmmədlitəəssüratları paylaş2 il öncə
💧Gözdən yaş gələnədək

Çox gözəl kitabdır hər şeyə dözümlü Yedigey oxumağa dəyər.

Seva
Seva təəssüratları paylaş2 ay öncə
👍Tövsiyə edirəm
🔮Müdrik kitabdır
💡Idraki kitabdır
🎯Faydalı kitabdır
🚀Ayrılmaq olmur
💧Gözdən yaş gələnədək

Dənizdə adam özünü həmişə ayrı cür hiss eləyir, hətta dəniz tam sakit olanda, heç bir təhlükə-filan olmayanda belə quruda olduğun kimi olmursan. Dənizdə necə sərbəst olsan da, dalğaların qoynunda üzmək nədir, lap süzsən də, dənizdə vacib bir işlə məşğul olsan da, qürub və şəfəq çağı günəş şüaları suyun güzgüsündə necə gözəl əks olunsa da, dəxli yoxdur, əvvəl-axır sahilə qayıtmalısan, hansı sahil olur olsun, bir sahilə çıxmalısan. Ömürlük suda qalmaq olmaz. Sahildəsə səni tamam başqa bir həyat gözləyir. Dəniz müvəqqətidir, quru – həmişəlik. Əgər sahilə çıxmaq təhlükəlidirsə, deməli, bir ada tapıb ora çıxmalı və bilməlisən ki, bura sənin məskənindir və sən burda ömürlük qalmalı olacaqsan.

Mütləq oxunmalı kitablardandır.

Ləman Babayeva
Ləman Babayevatəəssüratları paylaş4 ay öncə
👎Tövsiyə etmirəm

Kitablar pullu olduğu üçün....

Fəqumə İsmayılova
Fəqumə İsmayılovasitat gətirirkeçən il
İnsan bu dünyanın keşməkeşində həyatla ölüm arasında hərlənən zaman onu azı yüz dəfə öldürə bilərlər, amma sağ qalır, çox şeylər öyrənir – xeyir və şər, həqiqət və yalan...
alizade_
alizade_sitat gətirir2 il öncə
fərqi yoxdur, Allahın varlığından və ya yoxluğundan asılı olmayaraq, insan deyilən şəxs, nalayiq olsa da, onu əksər vaxtlarda ancaq işi dara düşəndən-düşənə yad eləyir. Görünür, elə buna görə də deyiblər ki, allahsızın başı ağrımasa, Allahı yada salmaz.
Elvin Yusifoğlu
Elvin Yusifoğlusitat gətirir3 il öncə
Bu gün kosmosa müntəzəm çıxmağa texniki imkanlar olduğu bir şəraitdə, bəşəriyyətin iqtisadi və ekoloji ehtiyacı bu imkanları qəti surətdə həyata tətbiq etməyi tələb etdiyi halda, xalqlar arasında düşmənçilik toxumu səpmək, insan zəkasının enerjisini sürətlə silahlanmaya doğru yönəltmək insana qarşı ən dəhşətli cinayətdir.
Bu gün ən proqressiv fikir ancaq beynəlxalq gərginliyin azaldılması fikri ola bilər. Bu gün bundan daha məsul bir vəzifə ­yoxdur.
Azərbaycanca kitablar, Nurcan Rzayeva Qurbanlı
Nurcan Rzayeva Qurbanlı
Azərbaycanca kitablar
  • 539
  • 456
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 350
  • 151
Azərbaycan dilində kitablar, Gulshan Jabi
Klassika, şəms.
şəms.
Klassika
  • 339
  • 9
Kitablarım və mən., Xanim Asifqizi
Xanim Asifqizi
Kitablarım və mən.
  • 21
  • 7
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl