Bu kitabdan sitatlar: «MƏN ÖLDÜRÜRƏM», Corco Faletti

Qara kostyumlu adam əlindən Yohanın bədəninin cansız yük kimi sallandığını hiss eləyənə kimi bıçağı daha dərinə saplayır. Yalnız onda bıçağı çıxarır, meyiti öz bədənilə saxlayıb asta-asta göyərtədə qızla yanaşı uzadır, bir müddət ayaqlarının üzərindəki cansız bədənə baxıb nəfəsini dərir. Sonra kişi meyitinin əlindən yapışıb, sürüyə-sürüyə aşağı, kayutaya aparır.
Onun vaxtı azdır, günəş doğana qədər hələ çox iş görməlidir.
Onun üçün indi çatışmayan yegənə bir şey – musiqidir
Ağıllı adam dünyaya aldığından daha çox verir, hiyləgərsə daha çox almağa, əvəzindəsə nə qədər bacarırsa, o qədər az verməyə cəhd göstərir
alizade_
alizade_sitat gətirir2 il öncə
yeganə etibarlı vasitə ağlın səsinə qulaq asmaqdır
— Hər vaxtınız xeyir, əziz mister Ottobre. Mən həkim Fosterəm, sizin bu dunyada yaşamağınıza məsul olan olanlardan biri. Ümid eləyirəm ki, bundan ötrü məndən inciməyibsiniz? Əgər münasibdirsə, sizə nə olduğunu danışaram. Sizin bir neçə qabırğanız sınıb, ağ ciyərinizin pərdəsi cırılıb, ayağınız iki yerdən qırılıb, bədəninizin hər yerində müxtəlif ölçüdə dəliklər var, bədəninizdə ağır yaralar var, kəllə-beyin zədəsi alıbsınız. Həm də büsbütün qırmızı qançırlarla örtülübsünüz, buna görə çəkinmədən sizin rəngli olduğunuzu demək olar. Hələ bir ürəyinizdən bir millimetrlik məsafədə dayanan dəmir qəlpə də vardı, bizi xeyli tər tökməyə məcbur elədi, o, sizi bu dünyadan götürüb aparmağa macal tapmamış, biz onu çıxardıb atmağa macal tapdıq
Vədlər və gedişlər, Jan Lu düşündü. Bəzən bu vədləri yerinə yetirmək, gedişləri udmaq olur. Ola bilsin, dünyada daha yaxşı nəsə var, amma bu artıq çox az olur
Jan-Lu maşını İtaliya bulvarından Mulan bulvarına sürdü. Küçənin hər iki tərəfindəki işıqlandırılan vitrinlər bahalı fahişələr kimi göz vura-vura, saysız-hesabsız vədlər verirdilər. Fahişələri kimi, bunları da əldə eləmək üçün bir qədər pul lazım idi...
Pul dalınca qaçmaq birinci yerdədir. Bəzilərinin pulu var, bəziləri də onu əldə eləmək istəyir. Hər şey sadədir. Bu sadəlikdə gizlənmiş ədalət qığılcımları da belə adi həqiqəti yaradır. Bəlkə də pul xoşbəxtlik gətirmir, amma onun gəlməsini gözləmək üçün vaxt keçirmək heç də pis vasitə deyil
Bəziləri bir dəqiqə vaxt tapıb bura gəlmək, bax, o pencəyi almaq istəyirlər, bəzilərisə hardan pul tapmaq üstündə baş sındırırlar. Bu adamlar təbəqəsi bir-birinə zidd, ağ və qara kimi əks qütblərdilər, aralarından boz rəngin çalarlarının bütün anlaşılmayan qammaları keçir. Kimsə gözə kül üfürmək kimi yeganə məqsədlə yaşayır, kimsə sözün əsl mənasında həqiqi küldən qurtulmaq istəyir
Onlar gənc, gözəl və xoşbəxtdilər.
O, sütuna söykənərək dayanıb və düşünür, onlar tezliklə öləcəklər
Zəif işıqda onlar kədərin özü kimi zərif və incə görünürlər
Bəzən yorğunluq ona başa düşməyə imkan vermir ki, yeganə etibarlı vasitə ağlın səsinə qulaq asmaqdır – bu ağılsız həyat yoluyla qarşısıalınmaz qaçış yarışıdır. Bütün ətraf – üzlərin, kölgələrin, səslərin və hətta, heç bir sual verməyən, iradəsiz həyat tərzi sürən, əzablara və səfərlərin çətinliklərinə dözən, yalnız hərdənbir səfeh açıqcaların göndərilməsilə kifayətlənən adamların aramsız olaraq dövr eləməsidir
O – naməlum adam və heç kəsdir.
Artıq uzun illərdir başına yapışdırılmış üzünü və ayaqlarına tikilmiş kölgəsini gəzdirir, amma onlardan hansının ağır olduğunu heç cür başa düşə bilmir
İnilti ilə haşiyələnmiş yolla ölüm addımlayır, başında solğun çələngi.
Qız addımlayır, qədim mahnını oxuya-oxuya, qızın səsi səslənir, səslənir, ağ gitara kimi.
— Necə olub ki, siz almanca belə yaxşı danışırsınız?
— Təsadüfən mənim atamın ikinci arvadı — mənim anam Berlindəndi. Xoşbəxtlikdən anam uzun müddət ərdə qalıb ki, mənə bu dili öyrətsin.
— Buna alternativ kimi mənə güllələnməyi təklif eləmişdilər, amma həftənin axırında vacib işlərim vardı, ona görə də bu təklifi qəbul eləməyə məcbur oldum.
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl