Çingiz Abdullayev

Abirli adam

Ölümlə nəticələnmiş sirr və müəmmalar… Onlar məşhur analitik-ekspert Dronqonu daim daban-dabana izləyir. Bir dəfə o, aeroportda təsadüfən Nikolay Suteyev adlı biznesmenlə tanış olur. Və cəmisi ikicə aydan sonra xəfiyyəyə müraciət edib, öz mənzilinin qapısı ağzında güllələnmiş bu şəxsin son dərəcə mürəkkəb qətlinin təhqiqatıyla məşğul olmağı ondan xahiş edirlər. Dronqo izləri toplamağa, özgə taleləri, xarakterləri araşdırmağa, davranışın motivlərini öyrənməyə başlayır; o ən gizli, ən məhrəm sirlərin kökünə gedib çıxır — indiyəcən yüz dəfə elədiklərini eləyib, öz vəzifəsini həmişəki kimi vicdanla yerinə yetirir. Ancaq böyük çətinliklər bahasına başa gələn bu son dərəcə mürəkkəb və ağlasığmaz araşdırmanın yekununda əldə etdiyi nəticə, üzə çıxardığı dəhşətli həqiqət Dronqonu əməlli-başlı şoka salır və o, ömründə ilk dəfə ifşa etdiyi qatilə əl uzadır; etiraf etməyə məcbur olur ki, onu heyran qoyan qatilin inanılmaz hərəkəti… əslində, əsl hörmət və mərhəmətə layiqdir!
249 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Gülgün Rzayevatəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    💧Gözdən yaş gələnədək

    Möhtəşəm

    b1837649782təəssüratları paylaş3 ay öncə
    👍Tövsiyə edirəm

    👍👍👍

    Gunel Dunyamtəəssüratları paylaşkeçən il

    Men de suteyevin yerinde olsaydim mehz ele ederdim

Sitatlar

    heyransitat gətirir6 il öncə
    Kişilərin içində keçmişin bu atavizmi hələ də qalmaqdadır, – Dronqo düşündü, – biz savaşmaq imkanı ələ düşən kimi dərhal vəhşiləşirik; içimizdə mürgüləyən təcavüzkarlığı oyatmaq, öz yerimizi tutmaqdan ötrü bir-birimizi didib parçaladığımız, milyon illərlə yaşadığımız mağaranı yada salıb xatırlamaq bizi dərhal vəhşiləşdirir. Yalnız güclülər sağ qaldılar, öz yeri, öz arvadları, öz bir parça ət payı, öz həyatı uğrunda başqalarından daha yaxşı vuruşmağı bacaranlar sağ qaldılar. Bir neçə min illik sivilizasiya bizi dəyişdirə bilmədi».
    Bəhlul Vəliyevsitat gətirir5 il öncə
    Alicənab adam
    yalnız borcunu düşünür,
    ləyaqətsiz adamsa yalnız qazancını.
    Konfutsi
    @ysel_asitat gətirir6 il öncə
    Alicənab adam
    yalnız borcunu düşünür,
    ləyaqətsiz adamsa yalnız qazancını.
    Konfutsi

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl