Fransız yazıçısı bu əsərdə Jon Blən obrazı yaratmaqla dövrünün ədəbi imkanları və bədii dil vasitələri ilə yeni insan psixologiyasını vermək istəmiş, obrazın mənəvi idealını — amalını göstərməklə, dövrün tarixi xarakteristikasını lirik-epik lövhələrlə təsvir etməyə çalışmışdır. Bu əsər yazı stilinə, təsvir üsullarına, əsərin baş qəhrəmanının keçirdiyi iztirablara görə İsveçrə yazıçısı Uisl Rodalyun (1781–1830) “İsveçrəli Robinzon” əsərinə bənzəyir və dünya ədəbiyyatında onunla müqayisə edilə bilər.
Bu kitab uşaqlar üçün nəzərdə tutulsa da, əsərin süjetindəki mürəkkəb hadisələrə, yazıçının istifadə etdiyi lirik-epik lövhələrə görə yaşlılar üçün də xoş təəssürat oyada, onların sevimli kitabına çevrilə bilər.
Alfred dö Breanın “Bir balaca parislinin həyatı” romanı Rəşid bəy Axundov tərəfindən 1874–1878-ci illərdə tərcümə edilmiş və azərbaycanca olan mətn onun atası böyük ədib M.F.Axundov tərəfindən redaktə olunmuşdur.