Robert Stivenson

Dəfinələr Adası

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
“Dəfinələr adası” yüz ildən artıdır ki, ən qiymətli macəra ro­man­larından biri kimi dönə-dönə dünyanın müxtəlif dillərinə tər­cümə edi­lərək oxunur. Tropik adalar, məchul işarəli xəzinə xəritələri, bir gözü kor, bir əli xəncərli, çiynindəki tutuquşu ilə yaddaşımızda canlanan dəniz döyüşçüsü anlayışlarının yaranmasında “Dəfinələr adası” romanının böyük təsiri olmuşdur. Baş qəhrəman Cim Hokins həmişə hərəkətdə olan, narahat düşüncələr və duyğular axarına düşmüş bir gəncdir. O, yoxsul mənəviyyatlı, iradəsiz kişilərə nifrət edir. Əsərdə həmçinin qarşıya çıxan hər cür maneəni dəf etməyə qa­dir, gəmi xidmətində nizam-intizamı əsas şərt sayan tələbkar kapitan Smollet, quldurların qəzəbinə düçar olduğu üçün üç il Dəfinələr ada­sında tənha həyat sürmüş cəsur dənizçi Ben Hann, kimliyindən asılı ol­mayaraq, ehtiyacı olan hər kəsə tibbi yardım göstərərək öz insani borcunu yerinə yetirən doktor Livsi kimi maraqlı obrazlar da var. Əsərin müəllifi Robert Lyuis Stivenson (1850–1890) XIX əs­rin ikinci yarısında yaşamış Şotland yazıçısı və ədəbiyyat tən­qidçisidir. Stivensonun romanlarının başlıca təsvir obyekti dənizlər, okeanlar, uzaq və naməlum adalar, əsas qəhrəmanları isə yeniyetmələr və gənclərdir. “Dəfinələr adası”nı 30 yaşında olarkən yazmağa baş­la­mış və romançı kimi ilk müvəffəqiyyətini bu kitabla əldə etmişdir.
This book is currently unavailable
221 printed pages
Copyright owner
Qanun Nəşriyyatı
Have you already read it? How did you like it?
👍👎

Impressions

  • Bahlul Valiyevshared an impression7 years ago
    👍Worth reading
    🙈Lost On Me
    🌴Beach Bag Book

    Hər yaş insan üçün maraqlı və axıcı ola biləcək bir kitabdı. Bəyəndim.

  • Cavid İsmayılzadəshared an impression3 years ago

    Uşaqlığımın kitabı😘👍səni bir daha oxumaq nə gözəl.nostalji hisslər.Stivenson 👍👍hər kəs oxusun.bir anlıq özümü Cim Hokins in yerində təsəvvür edirdim

  • Rauf Salamovshared an impression2 years ago

    Uşaq vaxtı oxumuşdum. İndi yenə oxudum əladır.

Quotes

  • Bahlul Valiyevhas quoted7 years ago
    Bir ölü sandığına on beşi getdi qurban.

    Ho-ho-ho, bir şüşə də rom!

    İç, iç, onsuz da axır səni yıxacaq şeytan.

    Ho-ho-ho, bir şüşə də rom!
  • Bahlul Valiyevhas quoted7 years ago
    Bir ölü sandığına on beşi getdi qurban.

    Ho-ho-ho, bir şüşə də rom!
  • Cavid İsmayılzadəhas quoted3 years ago
    İç, iç, onsuz da axır səni yıxacaq şeytan.
    Ho-ho-ho, bir şüşə də rom

On the bookshelves

fb2epub
Drag & drop your files (not more than 5 at once)