Baron Münhauzenin sərgüzəştləri, Rudolf Erix Raspe
Kitablar
Rudolf Erix Raspe

Baron Münhauzenin sərgüzəştləri

Oxu
45 kağız səhifələr
  • 😄5
  • 🚀3
  • 👍3
“Baron Münhauzenin sərgüzəştləri» əyləncəli-yumoristik əsə­ridir. Əsərin qəhrəmanı Baron Münhauzen real personajdır. O, XVIII əsr­də yaşamış, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə mü­ha­ri­bə­də iştirak etmişdir. Almaniyaya qayıtdıqdan sonra Münhauzen ağla­gəlməz sər­gü­zəşt­lər uyduran məzəli bir gopçu kimi tanınıb. Ax­şamlar bu­xarı ba­şın­da dost­­larını ətrafına toplayıb onlara məzəli-duzlu söhbətlər edir, onlar da gəncliyində Baronun başına gələn macəraları dinləyib gülüşür­lərmiş. Gopçu Baronun öz kürkünün quduz olması, özü­nün top gül­ləsinə minib aya uçması barədə məzəli söhbətləri də belə qəribə ya­lanlardandır. Bütün bu məzəli uydurmaları qələmə alan müəllif Erix Ras­penin məharəti sayəsində Baron Münhauzen məşhur bir gopçu kimi ge­niş şöhrət qazanır. Yüz illərdən bəri, demək olar ki, bütün dünya xalq­ları ara­sında, hər xalqın öz sevimli rəvayət və məzəli lətifə­lərindəki mahir yalançı surətləri ilə yanaşı, Baron Münhauzenin də adı nü­mu­nəvi bir gopçu-yalançı kimi yad edilir. Belə bir ümum­­dünya şöh­rəti qazanmış əsər həmişə maraqla, se­vilə-sevilə oxunur.
Təəssürat
Rəfə
  • 😄Əyləncəlidir5
  • 🚀Ayrılmaq olmur3
  • 👍Tövsiyə edirəm3
Giriş və ya qeydiyyat
Ali Alizada
Ali Alizadatəəssüratları paylaşkeçən il
👍Tövsiyə edirəm
🚀Ayrılmaq olmur
😄Əyləncəlidir

Uşaq yaşlarımda bu əsəri oxusamda yenidən göz atmağı qərara aldım. Və deyə bilərəm ki, istənilən yaş üçün belə gülməli və fantastik yalan hər zaman maraqlıdır.

Nermin Hussein
Nermin Husseintəəssüratları paylaş4 il öncə

Demek ki neymis,ya Ovcu Pirim,ya Baron Minhauzenmis ;)

b6973623098
b6973623098təəssüratları paylaş3 il öncə
😄Əyləncəlidir

Gop da olsa maraqlidi misali

Bir dəfə yoldan ötən bir nəfər onu dinləyəndən sonra ba­ğır­dı:

– Bunlar hamısı uydurmadır. Danışdıqlarının heç biri ol­mayıb.

Qoca qaşqabağını töküb təmkinlə cavab verdi:

– Mənim ən yaxşı dost adlandırmaq şərəfinə nail olduğum qrafların, baronların, knyazların, sultanların hamısı hər zaman deyərdi ki, mən yer üzündə ən doğru danışan adamam
Yekəburun, balaca bir qoca kişi buxarının ya­nında oturub öz sərgüzəştlərini nağıl edirdi. Qu­laq asanlar açıqdan-açığa onu ələ salıb gülü­şür­dülər.

– Vay səni, Münhauzen! Vay səni, baron!

O isə gülüşənlərə heç baxmırdı da!
Azərbaycanca kitablar, Nur
Azərbaycanca ƏDƏBİYYAT, Vusala Mammadova
Vusala Mammadova
Azərbaycanca ƏDƏBİYYAT
  • 346
  • 130
Azərbaycan dilində kitablar, Gulshan Jabi
Ülvinin kitabları, Vusala Mammadova
Vusala Mammadova
Ülvinin kitabları
  • 51
  • 12
Прочитанные, Vusala Mammadova
Vusala Mammadova
Прочитанные
  • 125
  • 7
bookmate icon
Minlərlə kitab – bir abunəlik
Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl