Sitiven Hokin

Mənim tarixçəm

“Mənim tarixçəm” Stiven Hokinqin müstəsna dərəcədə
səmimi üslubda yazılmış avtobioqrafik bir kitabıdır.
21 yaşında, bu dünyada qısa müddət yaşayacağını
proqnozlaşdıran dəhşətli tibbi diaqnoz qoyulmuş bir insan, dahi bir zəkanı ağır fiziki və mənəvi əzablara
məhkum etmiş öz bəxtsiz taleyi ilə daimi mübarizədən
ibarət olan həyatı haqqında danışır. Həkimlərin proqnozuna
baxmayaraq, artıq yarım əsrdən artıq bir zamanda
nəinki öz xəstəliyinin bütün olumsuzluqlarına qarşı
davam gətirir, hətta ona qarşı döyüşür. Öz xəstəliyini
və əlilliyini qaçınılmaz qəbul edərək, o möhtəşəm bir mənəvi dəyanət nümayiş etdirir, zəkasının gücü ilə bizi
heyran edir və insanın imkanlarının hüdudsuz olduğunu
isbat edir.
78 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

    Bahar Rəsulzadətəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    🔮Müdrik kitabdır
    💡Idraki kitabdır

    İnsan iradəsinin hər şeyə qadir olduğunu göstərən mükəmməl bir kitab

    Bahlul Hasanlitəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Həyatı olduğu kimi şikayət etmədi, sadəcə qəbul etdi.

    Steve Jobs bioqrafiyası haqqında oxuduğum kitbdan sonra, ən bəyəndiyim bioqrafik kitab oldu.

    Nurcan Rzayeva Qurbanlıtəəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır
    🎯Faydalı kitabdır

    Bəzi fəsillərini dərindən anlamaq üçün kifayət qədər astrofikizi biliyə sahib olmaq lazımdır. "The Theory of Everything" filmine baxdıqdan sonra oxusam belə, kitab daha maraqlı gəldi. İnsan beyninin ve bacarıqlarının sərhədsiz olduğunu göstərən çox mükəmməl bioqrafik kitabdır.

Sitatlar

    Tamerlan Rustamlisitat gətirir4 il öncə
    Əgər siz kainatın necə fəaliyyət göstərdiyini anlayırsınızsa, onda müəyyən mənada onu idarə edə bilərsiniz.
    Sanan Mammadlisitat gətirir5 il öncə
    Təqlid – yaltaqlığın ən səmimi formasıdır.
    Əyyub Mamedovsitat gətirir5 il öncə
    Vaxtından əvvəl ölmək ehtimalı ilə qarşılaşdığın zaman bu səni həyatın dəyərini və hələ etmək istədiyin çox şeylərin olduğunu dərk etməyə məcbur edir.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl