Sözün hökmlü, şeirinlərin gül qurutduğu zamanlardan üzübəri həyatı vərəqlədim, gerçək nağıllar danışan sarı öskürəkli küçə lampalarını, ümid və ümidsizlik arasındakı qarşıdurmaları, sevgi tarixi yazan aşiqləri, döyüş yorğunlarını, axıb dənizə çata bilməyən çayları dinlədim, bütün qaranlıqlar içində Tək İşığa sığınıb, TOPLA MƏNİ, İLAHİ — deyərək, 8-ci şeirlər kitabımla yenidən görüşünüzə gəldim.