Elizabet Gilbert

Ye, Dua et, Sev

Elizabet Gilbert 1969-cu ildə Amerika Birləşmiş Ştatlarının Konektikut ştatında anadan olub. Yaradıcılığa hekayələr yazmaqla başlayıb. Universiteti qurtarandan sonra səyahətə çıxıb və bu da ona gələcək kitablarını yazmaq üçün bol mövzu verib. 2000-ci ildə Elizabet Gilbertin ilk romanı «Sərt adamlar» çap olunub. Onu ən çox məşhurlaşdıran isə oxuculara təqdim olunan «Ye, dua et, sev» kitabıdır. Bu kitab onun çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə çıxmasından bəhs edir. Qısa zaman ərzində beynəlxalq bestellerə çevrilib, otuzdan artıq dilə tərcümə olunub, bütün dünyada yeddi milyon nüsxədən artıq satılıb. Bu kitab onu o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə ümumi sorğularda dünyanın ən nüfuzlu yüz adamından biri olub. Bu kitabı adi oxucular da, senatorlar, prezidentlər də, yazıçılar, məşhur aktyorlar da oxuyur və hər kəs də mütləq faydalanır.
466 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

    Hümbətova ülkərtəəssüratları paylaş4 il öncə
    👍Tövsiyə edirəm
    🎯Faydalı kitabdır

    İnsani duyğular çəkilmiş o qədər əzab.... nə qədər böyük olur olsun sonda insan silkələnib özünə gəlir və həyatına davam edir. Bu kitab bunu başa saldı mənə və belə də davranmama kömək etdi...

    Əzizbəktəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm
    🎯Faydalı kitabdır

    İnsan sadəcə özünə xəyanət edər....

    Gunel Najafovatəəssüratları paylaşkeçən il
    👍Tövsiyə edirəm
    🌴Məzuniyyətə

    Maragli kitabdi, ama yazi terzi ferglidi, meselen ilk hissesini oxuyanda( Italiya) cox zövg aldim, 2 ci hissesi ( Hindistan) maragli idi , ama muellif meditasiya ile mesgul oldugunu dese de cox sheye sethi yanasmisdi.3 cu hisse ise lap qacarag bitdi. Telesik yazilmisdi.
    Duzu men dusunurdum ki, hemishe istenilen kitab onun esasinda cekilen filmden daha maraglidi, ama bu kitabda onu istisna edirem. Oxumag isteyirsizse en yaxsisi filmine baxin.

Sitatlar

    Aytən Qurbanovasitat gətirir5 il öncə
    . İki ruh belə bir münaqişənin içində ilişib qalanda bütün dünya çirklənir
    heyransitat gətirir5 il öncə
    Yeri gəlmişkən, italyan dilində azarkeş sözünün qarşılığı “tifoso” adlanır. “Tifus” sözündən yaranıb. Mənası “hərarəti yüksək olan şəxs” deməkdir.
    b5100845609sitat gətirir6 il öncə
    O, güclü idi, – deyir. – Və mən onun kölgəsində sevgidən öldüm

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl