Rolf Dobelli

Məntiqli düşünmə sənəti

Belə bir fikir mövcuddur ki, ibtidai insanların beyni yalnız iki funksiyanı yerinə yetirmək üçün hesablanmışdı: ov etmək və yığıcılıqla məşğul olmaq. Lakin təəssüflər olsun ki, bəşər tarixində çox böyük dəyişikliklər baş verdiyi üçün indi bizim bu rəngarəng dünyada pula, karyeraya can atma, ailə və sosial münasibətlər dəyişmişdir. Ona görə də biz təhtəlşüurumuzda hazırlanmamış, qayğılar içində sahmana salınmamış “mental tələyə” düşürük. Rolf Dobelli bir neçə il məntiqi yanlışlıqları təhlil edərək, özünü bu məsələlərin öyrənilməsinə həsr edir. Məlum olur ki, biz bunları hiss etmədən, qismən anlamadan bu sıxacın məngənəsinə düşürük. Bu kitab sizə özünüzə və ətrafa baxmağa kömək edəcək, başqa cür desək, sizin bu vaxta qədər bilmədiyiniz reallıqların qapısını açacaq. Əgər siz bunu bu gün qaydaya sala bilərsinizsə, nəyə görə gələcək həyatınızı puç etməlisiniz?!
168 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Nurlan Nureddintəəssüratları paylaş2 il öncə
    👎Tövsiyə etmirəm
    💡Idraki kitabdır

    Çıxara biləcəyimiz çox dərs var, kitabı tam başa düşmək üçün isə öyrənməniz gərəkən bir çox termin...

    Gunel Najafovatəəssüratları paylaş2 il öncə
    👍Tövsiyə edirəm

    Maragli kitabdi, bezi dushuncelerimi korreksiya etmeye calisdim oxudugca. Amma... pessimist insanlara oxumagi meslehet görmurem, cunki muellif bezi hallarda destruktiv realizme el atir, kimlerese negativ hissler bagishlaya biler .

    b1180247927təəssüratları paylaş7 il öncə
    👍Tövsiyə edirəm
    😄Əyləncəlidir

    Beyendım

Sitatlar

    Parvin Shahseynlisitat gətirir7 il öncə
    “Stəkanın yarısına qədər boş deyil, ya­rı­sına qədər dolu olduğunu görmək lazımdır”.
    elshadmehdiyevsitat gətirir6 il öncə
    Parıldama effektinin, qısa müddətli olsa belə, yaxşı nəticələri də vardır. Siz nə vaxtsa nəticəsini anlamadan kiməsə can-dildən aşiq olmusunuzmu? Əgər həyatınızda bu baş vermişdirsə, onda siz parıldama effektində onun şüalarının nə qədər gözqamaşdırıcı olmasına artıq bələdsiniz. Aşiq olduğunuz qız və ya oğlan sizin üçün hər şeydir: o, cəlbedici, gözəl, ağıllı, xeyirxah və füsunkardır. Hətta ən yaxın dostlarınız sizin vurulduğunuz qızın ən ciddi qüsurlarını üzünüzə desələr belə, ülvi məhəbbət möcüzəsindən başqa gözünüzə heç nə görünmür.
    aasadzadasitat gətirir5 il öncə
    Qadın modellər kosmetika aləmində reklam­lara çəkilirlər. Bu işdə bəzi istehlakçılar belə qə­naətə gəlirlər ki, kosmetika insanı gözəlləşdirir. Lakin bu qadınları model edən kosmetika deyil axı. Modellər təsadüfi olaraq dünyaya gözəl gəliblər və kosmetika reklamlarında da məhz bu qadınlar ilk növbədə işə cəlb edilirlər. Burada nə üzgüçülər, nə də gö­zəl­lik reklamında çıxış edən qadınlar nəticəni öz fəaliyyətləri ilə deyil, məhz fərdi xüsusiyyətlərinə və anadangəlmə faktorlara görə əldə edirlər.

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl