Franz Kafka

Vəsiyyət

Kitaba məşhur Avstriya yazıçısı Frans Kafkanın «Hökm» və «Çevrilmə» novellaları, pritçalarından nümu nə lər, «Gündəliklər»indən və çex jurnalisti Qustav Ya nouxla söhbətlərindən parçalar daxil edilmişdir.
“Hökm” novellası şəxsi faciədən, müəllifin məruz qal dığı çıxılmaz durumdan bəhs edir: Ata ilə düşmənçilik, Oğulun nişanlanması və bununla bağlı ümidlər (təsadüfi deyil ki, Kafka bu əsəri nişanlısı Felitsa Bauerə ithaf edib), zorakı sonluq. Bu cür sonluq Kafkanın şüurunda öz işar tısını daim göstərib. Xəstə ata Georqa ölüm hökmü kəsir, o da tərəddüd etmədən özünü çaya atır. Oğul o səbəbdən cəzaya məhkum edilir ki, o evlənmək, bununla da nəslin başçısını patriarx hüququndan məhrum etmək fikrinə dü şüb. Ancaq çıxarılan hökmün gözlənilməz motivi də var: Ata – Peterburqda qərar tutan, həyatda və işgüzar mühit də bəxti gətirməyən Dostun tərəfini saxlayır. Burada Dost – Kafkanın mənəvi dünyasını, Georq isə Kafkanın sima sında atasının görmək istədiyi «şəhərli oğul» obrazını tə cəssüm etdirir.
«Çevrilmə» novellası da metafora baxımından zən gin və çoxmənalı əsərdir: burda az qala, hər cümləni yüz yerə yozub yüz nəticə çıxarmaq mümkündür. Ancaq bir məsələ tam şübhəsizdir: itaətkar oğulu – üzüyola qulluq çunu əcaib həşərata çevirib onu doğma ailə mühitinə at maqla Kafka biganəliyin, fərdin faciəvi və sonsuz tənhalı ğının gerçək surətini yaratmışdır.
146 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

Kitab xoşunuza gəldi?

Giriş və ya qeydiyyat
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl