bookmate game
az
Əbdürrəhimbəy Haqverdiyev

Seçilmiş əsərləri

Notify me when the book’s added
To read this book, upload an EPUB or FB2 file to Bookmate. How do I upload a book?
  • Bobby Marleyhas quoted8 years ago
    Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə.
    Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.
  • Bobby Marleyhas quoted8 years ago
    axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib.
  • Bobby Marleyhas quoted8 years ago
    Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi.
  • Bobby Marleyhas quoted8 years ago
    Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla, rus arvadının şlyapasının üstündən iki dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir:
    — Tez ol, Bakıya dörd bilet ver.
  • Azər Əlizadəhas quoted5 years ago
    müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir
  • iTouchhas quoted8 years ago
    Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi.
  • Elmin Seyfəddinlihas quoted7 years ago
    “İnsan, övladının ətini yesə də sümüklərini çölə atmaz”.
  • Elmin Seyfəddinlihas quoted7 years ago
    Şamdan sonra məşədi əyləşmişdi divanın üstünə, Nataşa da uzanıb başını onun dizinin üstünə qoyub, ona qiraət öyrədirdi:
    — Deyinən lyublyu!
    — Loblu!
    — Lyublyu!
    — Loblu!
    — Lyublyu!
    — Loblu!
    Hər nə qədər Nataşa səy edirsə, məşədiyə “lyublyu” (yəni sevirəm) sözünü öyrədə bilmirdi.
  • Elmin Seyfəddinlihas quoted7 years ago
    Ata, mən gedirəm. Amma sənə vəsiyyətim budur ki, inanma bunlara! Onların danışıqları hamısı riya və yalandır; allahları və şəriətləri də yalandır! Əgər yalan olmasaydı, özləri ona itaət edərdilər! Dünyada sərvət yığmaq, ləziz xörək yemək, behiştə bənzər otaqlarda, qəsrlərdə əyləşib, nazənin sənəmlərdən həzz aparmağa çalışmazdılar; həmişə tərif etdikləri axirət üçün çalışardılar! İndi mən yəqin etmişəm ki, axirət də yalandır! Doğru olsaydı, hamıdan qabaq ruhanilər, dünyaya fani deyənlər, dünya malına cəhənnəm odu deyənlər onu axtarardılar. Salamat qal, ata, mənim fikrimi eləmə. Xudahafiz!
  • Elmin Seyfəddinlihas quoted7 years ago
    Tutalım, bir nəfər bəy gəlib hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərək altı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdən bir ədəd bir abbasılıq yaylıq götürüb deyir:
    — Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu da altı aydan sonra verəsiniz?
    Bəy razı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu və yüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır.
fb2epub
Drag & drop your files (not more than 5 at once)