Son 15 deqiqe, Fatma Barbarosoglu
Kitablar
Fatma Barbarosoglu

Son 15 deqiqe

Fatma Barbarosoğlunun qələmə aldığı “Son on beş də­qiqə” əsəri eyni hadisəyə şahid olan insanların monoloqlarından ibarətdir. Yazıçı bu əsərdə eyni küçədə yaşayan müxtəlif insanların gündəlik qayğılarını, gündəlik həyatın fonunda itib-batan duyğularını işıqlandırır. Əsərdə hadisədən daha çox insanın daxili aləmi ön plana çıxır. Oxucu hər qəhrəmanda özündən nə isə tapır. Yazıçının fikirlərini oxuduqca, öz suallarına cavab tapdıqca sevdiklərini daha yaxşı başa düşməyə, onlarla yaxınlaşmağa, yaşadığı həyatın dəyəri haqqında düşünməyə başlayır. Bundan əlavə, oxucu hər gün evdə, işdə, məhəllədə, ictimai nəqliyyatda rastlaşdığı insanların hər birinin hekayəsini oxumuş kimi olur. Yəni əsərin qəhrəmanları əslində ətrafımızdakı insanlardır, onların rənglənməmiş, pafosun altında gizlənməmiş həqiqi hissləridir. Ətrafınızdakı insanların daxili aləminə səyahət etmək istəyirsinizsə Fatma Barbarosoğlunun “Son on beş dəqiqə” əsəri sizə bələdçilik edə bilər.
176 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

👍
👎
💧
🐼
💤
💩
💀
🙈
🔮
💡
🎯
💞
🌴
🚀
😄

Kitab xoşunuza gəldi?

Giriş və ya qeydiyyat
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl