Svetlana Alekseyeviç

Müharibənin qadın olmayan üzü

“Müharibənin qadın olmayan üzü” romanı İkinci
Dünya müharibəsində iştirak edən yüzlərlə müharibə iştirakçısı
olan qadının dilindən qələmə alınan, bədii psixoloji
rənglərlə zəngin bir əsərdir. Müəllif bu romanı ilə
müharibəyə olan nifrətini tam olaraq aça bilib və bütün
bəşəriyyəti müharibəyə nifrət bəsləməyə səsləyib. Roman
emossional duyğular, kövrək anlar, müharibə iştirakçısı
qadınların müxtəlif dövrlərindən bəhs edən həyat lövhələri
ilə diqqət çəkir.
401 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı

Təəssüratlar

    Melahet Chakmaktəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır

    Bu kitab hegugeten insanin heyata baxisini deyişir ve elbette ki qadina da.. mutleg oxunnmalilardandir

    Türk kızı Ebrutəəssüratları paylaş10 ay öncə

    Mənə kömək edən nədir? Bizim bir yerdə yaşamağa öyrəşməyimiz. Birgə. Bir yerə yığışan adamlar. Bizim hər şeyimiz sakitlik üçündür – xoşbəxtliyimiz də, göz yaşlarımız da. Əzab çəkməyi də, onun haqqında danışmağı da bacarırıq. Əzab bizim ağır və yöndəmsiz həyatımıza bəraət qazandırır. Etiraf etmək lazımdır ki, qadınlar bu yola inamla qədəm qoyurlar...

    b4531750861təəssüratları paylaş10 ay öncə
    🚀Ayrılmaq olmur

    Müharibə deyərkən hər kəsin ağlına kişilər gəlir. Amma bu kitab hərşeyi alt üst etdi .. oxunması mütləq vacib olan kitabdır ❤️

Sitatlar

    Gunel Najafovasitat gətirir3 il öncə
    Onu hər şeydən də çox adamı qeyb olan o iki balaca qızcığaz heyrətləndirir.
    Sual: “Bəs onlar nə üçün? Onlar ki, çox balaca idilər?! Onlar ki, heç kəsə güllə atmırdılar...”
    Vusala Mammadovasitat gətirir4 il öncə
    Bir daha əmin oldum ki, yaddaşımız – ideal alət deyil. Yaddaşımız təkcə sərbəst və şıltaq deyil, o həm də it kimi zamana zəncirlənib qalıb. Onlar başlarına gələnlərə aşiq olublar, ona görə aşiq olublar ki, bu onlar üçün təkcə müharibə deyil, həm də onların gəncliyidir.
    Vusala Mammadovasitat gətirir4 il öncə
    Qadınlar nədən danışırlarsa danışsınlar, dedikləri həmişə bir fikrin üstündə cəmləşir: “müharibə hər şeydən əvvəl qətldir, ölümdür, sonra isə – ağır işdir. Sonra isə “adi həyatdır: oxuyurduq, sevişirdik, saçlarımızı bururduq...”
    Bütün əhvalatların mərkəzində isə bir arzu var, ölümə tuş gəlməmək

Rəflərdə

fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl