Corc Oruel

1984

Görkəmli ingilis yazıçısı Corc Oruellin (1903–1950) yaradıcılığı dünya miqyasında məşhurdur. Xüsusilə onun “1984” romanı və “Heyvanıstan” povesti ötən yüzillikdə sözün, ədəbiyyatın totalitar təfəkkürə və despotik idarəçilik üsullarına qarşı mübarizəsinin ən diqqətəlayiq nümunələrindən sayılır. Hər iki əsər yarandığı vaxtdan ədəbi və siyasi fikrin diqqət mərkəzində olmuş, müxtəlif dillərə çevrilmiş və ciddi polemika doğurmuşlar. Oruell nəsrinin mühüm, diqqətəlayiq nümunəsi sayılan “1984” romanı Azərbaycan dilində ilk dəfə, həm də orijinaldan tərcümədə çap olunur.
401 kağız səhifələr
Müəllif hüququnun sahibi
Qanun Nəşriyyatı
Artıq oxumusunuz? Nə düşünürsünüz?
👍👎

Təəssüratlar

    Şəbnəm Kurbanlıtəəssüratları paylaş5 il öncə
    👍Tövsiyə edirəm
    💡Idraki kitabdır

    "Uinston Smit düşünür"
    ●Inanclı olmaq şüursuz olmaq deməkdir.
    ●Sənin ən qəddar düşmənin öz əsəb sistemidir.
    ●Onlar insanın daxilinə nüfuz edə bilməzlər..Etdilər.
    2+2=5
    ?

    Tural Huseynlitəəssüratları paylaş6 il öncə
    👍Tövsiyə edirəm

    İkinci defe oxunmalı eserler siyahısına daxil edilmesi vacib olan eser.

    Azər Əlizadətəəssüratları paylaş4 il öncə
    💀Dəhşət
    🌴Məzuniyyətə
    💤Darixdirici

    Əsər məncə həddən artıq uzun və yadda qalan deyil. Maraqlı anlar olsada ümumilikdə yeni bir şey öyrənmək üçün bu kitabı oxumaq məncə mənasızdır.
    P. S ancaq səbrlə sona kimi oxudum!

Sitatlar

    Mir Ismail Alisitat gətirir6 il öncə
    Fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü ÖLÜM deməkdir.
    M.Vəlizadəsitat gətirir3 il öncə
    Yaxşı başa düşürük ki, heç vaxt hakimiyyəti ondan imtina etmək xatirinə ələ keçirmirlər. Hakimiyyət vasitə deyil, hakimiyyət — məqsəddir. Heç kəs inqilabın nailiyyətlərini qoruyub saxlamaq naminə diktatura qurmur. Əksinə, diktatura qurmaq üçün inqilab edirlər. Repressiyadan məqsəd — repressiyadır. İşgəncənin məqsədi — işgəncədir. Hakimiyyətin məqsədi — hakimiyyətdir.
    Elmin Seyfəddinlisitat gətirir6 il öncə
    Heç kəs layiq bilindiyi cəzadan canını qurtara bilməz. Sadəcə, vaxtı bir az uzatmaq olar.

Rəflərdə

    Gunel Najafova
    Oxunması vacib kitablar
    • 21
    • 943
    Nurcan Rzayeva Qurbanlı
    Azərbaycanca kitablar
    • 567
    • 553
    Aybəniz Həsənova
    Sevdiyim Kitablar
    • 35
    • 239
    Vusala Mammadova
    Azərbaycanca ƏDƏBİYYAT
    • 359
    • 188
    Mohtasham Huseynov
    Fantastika
    • 12
    • 184
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl