6Books54Followers

Books in the “Sevimlilər” bookshelf created by Nazrin Agarzayeva

Nazrin Agarzayevaadded a book to the bookshelfSevimlilər8 years ago
Müasir antiutopiya kitablarından ən sevdiyim! Antiutopiya janrının fanatı olduğum artıq bəllidir! ???? İlk filminə baxmışdım çünkü kitabdan xəbərim yox idi. Kitabın digərlərindən fərqi, yazarın süjetə çox drama qatmamasıdır. Real emosiyaları məncə doğru əks etdirib.
  • unavailable
    • Elekber Ceferov7 years ago

      Necesen

      Elekber Ceferov7 years ago

      Salam

    Join or log in to comment
    Nazrin Agarzayevaadded a book to the bookshelfSevimlilər8 years ago
    Cənnət və cəhənnəmi insan obrazlarında canlandıran bu kitabı 3 il əvvəl oxumuşdum. Kitabın dili biraz darıxdırıcı gələ bilər lakin süjet maraqlıdır.
  • unavailable
  • Nazrin Agarzayevaadded a book to the bookshelfSevimlilər8 years ago
    Öz biznesini qurmaq istəyən, heç bir işin asan olmadığını başa düşmək üçün hər bir qadın bu kitabı oxumalıdır. Fikrimcə Sophia Amaruso bu kitab seriyasını davam etdirməlidir, dili çox rahatdı və siz sanki onunla üz üzə oturub danışırsınız.
  • unavailable
  • Nazrin Agarzayevaadded a book to the bookshelfSevimlilər8 years ago
    Nahaq yerə dünyaya səs salan yazıçı deyil Den Braun və heç təəcüblənmirəm ki bu kitab bestseller oldu. Əlbəttə, kitablarının tarixi faktlarla bol olmağı çox maraqlıdır və uğurunun göstəricilərindən biridir, lakin daha bir əlavə edim. Den Braun möhtəşəm dərəcədə yerləri təsvir edə bilir. Mən İstanbulda Yerəbatan Sarnıcında olmayan adam onu Den Braunun sözlərindən gözümün qarşısında canlandırdım, Google-da baxanda "Tam mənim təsəvvür etdiyim kimi!" dedim.
  • unavailable
  • Nazrin Agarzayevaadded a book to the bookshelfSevimlilər8 years ago
    Təkcə Baskervillərin İti yox, Şerlok Holms həkayələrinin hamısını oxumalısınız. Mən oxuyan vaxtı Azərbaycanca yalnız bu hissə var idi ona görə rusca oxumuşdum, amma artıq bir neçə hekayələri dilimizə tərcümə olunub. Məndən Artur Konan Doyl ya Aqata Kristi soruşsaz, sözsüz ki, Şerloka görə bu Artur K.D. olacaq. Niyə məhz Şerlok? Çünkü kitab boyunca gözlənilməz hadisələr baş verir, əvvəlcədən təyin etmək olmur kim kimdir.
  • unavailable
  • Nazrin Agarzayevaadded a book to the bookshelfSevimlilər8 years ago
    Sirr deyil ki, kitab Sovet ölkələrindəki vəziyyətindən bəhs edir. Sovet dövrü bəzi insanlara nə qədər ideal görünsə belə, insanların şəxsi həyatı heç də şəxsi olmadığını bu kitab açıq aydın göstərir. Kitabı 16 yaşım olanda oxumuşam və deyə bilərəm ki, mənə görə antiutopiya şedevridir.
  • unavailable
    Corc Oruel
    1984
    • 2.6K
    • 457
    • 68
    • 118
    az
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)