14Books139Followers

Books in the “Müasir türk ədəbiyyatı” bookshelf created by Sayalı Bahar

Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
İş tapmaq istəyən bir gənc məktəb yoldaşının kö­mə­yi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz bir qoca – hə­ya­tı məğlubiyyətlərlə dolu Raif əfəndi ilə tanış olur. Sonralar ömrü­nün son günlərini yaşayan qocaya həyan olmaq istəyən gənc bir gün onun gündəliyini vərəqləyir. Və bütün həqiqətlərə də elə bu gün­dəlik güzgü tutur...
Join or log in to comment
Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı7 years ago
Bu xanım - türk yazıçı Oya Baydardır. Bestselleri olan "İtkin söz" ilk dəfə Braziliyada dərc olunmuşdu, lakin kitabdaki hadisələr Norveçdə baş verir.
Əsər detektivlə love-story qarışmasıdır. Bu kitab bərabərlikdən danışır - cinsdən, yaşdan, dildən və milliyətdən asılı olmayaraq, ilk öncə, biz hamımız insanıq.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Həyat mənası nədir? Həyatımızın belə olduğunun səbəbləri nədir? Bu suallarla dolu lirik və fəlsəfəli bir əsər.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Bu personajları biz hər gün görürük. Xadimə qadınlar, əlindəki dərman paketləri ilə çarəsiz gözləyən yaşlı adamlar, bazarda yerdən artıqları toplayan və köhnəlmiş paltarlarıyla toy salonlarında mahnı oxuyan adamlar, işə apardığı yemək qabından utanan gənc adam və digərləri... Bir neçə həyat, hərəsi öz problemləriylə bu əsərdə birləşir.
    Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Hərəmizin bir sirri və bir günahı var... Kitab iki fərqli insanlarının görüşməsi barədə bəhs edir.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Əsərinin ilk sözləri hamısını işarə edir: “Ey yolçu, sevgiyə doğru get, ta ki həqiqətə çatasan!”. Gözəl, Orta Əsrləri təsvir edən bir romandır.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Əsərinin xüsusiyyəti odur ki, hər başlıq təzə bir personajın adından gedir. Oxucuyla rəng, ölü, rəssam və qatil danışır. Süfi motivləriylə dolu, ortaəsrli İstanbulu təsvir edən detektiv romandır.
    Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    "Qara süd" həmiləlikdən sonra depressiya barədə bəhs edir. Bu əsərdə Elif Şəfəq müasir qadınlarının ən aktual problemlərini qaldırır. Qadının dünyada yeri nədir? Ana, həyat yoldaşı yoxsa yazıçı? Hər bir sahədə səhvlər buraxmamaq üçün nə etmək lazımdır?
    Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    "Bu, uzun söhbətdir" - belə sözləri hamımız həyatımızda ən azı bir dəfə demişik ya da eşitmişik. Bu əsərdə təsvir olunan hekayə isə həyatdan götürüb və real hadisələrdə əsaslanır. Bolqar Əlinin sevdiyi Münirə qızla bir-birlərinə aşiq olub qaçmaqlarından sonra həyatları əvvəlki kimi artıq ola bilməz... 1960-ci illərdən 1970-ci illərin sonuna qədər davam edən dəmir yolları boyunca və qəsəbə-qəsəbə dolanan “Uzun Hekayə”; bəzən hüzünlü, bəzən sevincli və coşğulu, bəzən həyəcanlı və romantik yüklü bir macəradan bəhs edir.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Əsərdəki hadisələr XX-ci əsrin əvvəli Adana şəhərində baş verir. Cəmilə fabrikada işləyən yoxsul, lakin çalışqan bir qızdır. Onu balaca bir şəhərdə hansı həyat gözləyir? Sevgi, dostluq, xəyanət...
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Bu əsər İstanbula köçən anadolulardan bəhs edir. Alın tərləri və əllərinin zəhməti ilə özlərinə yuva qurmağa çalışan sadə və ürəyi təmiz adamlar, ayaqlarını bu insanların kürəyinə dirəyərək duruş gətirməyə çalışan sistem İstanbul qədər yaşayışın, həyatın da rəngini dəyişməkdədir.
    Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Bu əsər Orxan Pamukun başqa kitabları kimi İstanbulun həyatı və abu-havasını təsvir edir. Bu, həm sevgi hekayəti, həm də "müasir dastan" janrında yazılan əsərdir.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Bu əsər Orxan Pamuka Nobel mükafatını gətirən və onu dünyaca məşhur bir yazıçı edən kitabdır. Qalib adlı oğlan itkin arvadı Röyanı qarlı bir qış günü İstanbulda axtarmağa başlayır... Lakin bu axtarışlar elə də asan olmayacaq.
  • unavailable
  • Sayalı Baharadded a book to the bookshelfMüasir türk ədəbiyyatı8 years ago
    Ella Rubinşteyn - ABŞ-da sakit həyat tərzi aparan adi evdar qadındır. Nə sevgiya, nə həyatın möcüzələrinə inanmayan bir insandır. Başını qatmaqçün bir yay günü o, redaktə etməli nəşriyyatdan əlyazma alır... Əlyazmanı oxumağa başlamaqdan bəri onun həyatı tam dəyişir.
  • unavailable
    Əlif Şəfəq
    Eşq
    • 1.2K
    • 393
    • 36
    • 60
    az
  • fb2epub
    Drag & drop your files (not more than 5 at once)