33Kitablar

Minlərlə kitab – bir abunəlik

Siz kitab deyil, rus dilində ən böyük kitabxanaya çıxış imkanı alırsınız.

Həmişə oxumağa nəsə var

Dostlar, redaktorlar və ekspertlər yeni maraqlı kitablar tapmaqda sizə kömək edəcək.

Harada istəyirsiniz oxuyun

Yolda, şəhər kənarında, xaricdə oxuyun. Telefon həmişə sizinlədir – deməli, kitablar da.

Bookmate – bu, oxumaq istəyəcəyiniz tətbiqdir
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudio8 gün öncə
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369–1417) doğma dilinidə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmun ifadə edən müxtəlif janrlı poetik nümunələr bu audio kitaba daxil edilmişdir.
Adəmə gəl, adəmi bil, adəmi, İmadəddin Nəsimi
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudio8 ay öncə
Məmməd Səid Ordubadi (1872–1950) — azərbaycanlı şair, nasir, dramaturq, publisist və tərcüməçi. "Qılınc və qələm", "Dumanlı Təbriz", "Döyüşən şəhər" kimi tarixi romanlarının müəlifidir. Ədəbiyyatın bir çox janrlarında yazıb yaradan Ordubadi, mövzusu həyatdan alınmış bir neçə mənsur hekayələri də qələmə alır. "Hekayələr toplusu"nda yer alan "600 ayı balası", "Qırx dənə baqqal", "Ramazan", "Boşboğazlar məhkəməsi", Şahqulubəyin nəvəsi" əsərləri də bu silsilədəndir.
Hekayələr toplusu , Məmməd Səid Ordubadi
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudio8 ay öncə
Ceyms Barri (1860–1937) — isveç yazıçı, nasir, dramaturq, "Nobel" mükafatı laureatı. Barri maraqlı əhvalatlar qurmağı, real aləmi sehirli nağıla çevirə bilməyi ilə sevilir.
Piter Pen — romantik nağıl-povestdir. Əsər heç vaxt böyümək istəməyən Piter Penin macəralarından bəhs edir. Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, xəyalpərəst, cəsur həm də böyüklər kimi qürurlu, eyni zamanda uçmağı bacaran biridir. Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.
Piter Pen və onun macəraları bir gün böyüdüyünü hiss edən bütün uşaqlara həsr olunur.
Piter Pen , Ceyms Barri
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Vagif Səmədoğlu (1939–2015) Şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "Nəsimi" mükafatı laureatı.Sərbəst seir janrında mükəmməl poeziya nümunələri yaradıb.
Şeirlər toplusu, Vaqif Səmədoğlu
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Nikolay Qoqol (1809–1852) — rus yazıçısı, dramaturqu və publisisti. Rusiya və Ukrayna ədəbiyyatı klassiklərindən hesab edilir. “Şinel” povesti Nikolay Qoqolun maraqlı və məzmunlu, öz aktuallığı ilə seçilən əsərlərindən biridir. Əsərin qəhrəmanı Akaki Akakiyeviç Başmaçkin Peterburqun kiçik dövlət məmurudur. Bu sadə və yoxsul insana ətrafındakı gənc məmurlar lağ edir, əngəl törədir, onu incidir. Rusiyanın sərt qışından qorunmaq üçün yığdığı pulu ilə bir şinel tikdirir. Acı macəra da bundan sonra başlanır.
Şinel , Nikolay Qoqol
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, əməkdar incəsənət xadimi olub. Əbdürrəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə "Hacı Daşdəmir" (1884) adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) dramını və "Dağılan tifaq" (1896) faciəsini yazıb. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: "Bəxtsiz cavan" (1900) və "Pəri-cadu" (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə "Həyat" qəzetində hekayələr və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. "Marallarım", "Xortdanın cəhənnəm məktubları", "Şeyx Şaban", "Xəyalət", "Ac həriflər" və sair əsərlərin müəllifidir.
Marallarım , Əbdürrəhim bəy Haqverdiyev
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Yusif Vəzir Çəmənzəminli (1887–1943) Azərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsindəilk səfiri. Araşdırmalar Çəmənzəminlinin ilk dəfə 1937-ci ildə Avstriyada Qurban Səid təxəllüsü altında çap edilmiş "Əli və Nino" adlı sevgi romanının əsil müəllifi olduğuna işarə edir. "Saqqulunun xeyir işi" hekayəsi ironik formada cahil həyat tərzini ifadə edir.
Şaqqulunun xeyir işi, Yusif Vəzir Çəmənzəminli
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Yuri Kazakov (1927–1982) — Rus sovet yazıçısı və ssenaristi. “Palıd meşəsində payız” hekayəsi yazıçının ən lirik, poetik və mükəmməl əsərlərindən hesab olunur. Bu qəhrəmanların itirməyə qorxduqları və hər anından həzz almağa çalışdıqları bir məhəbbət nağılıdır.
Palıd meşələrində payız, Yuri Kazakov
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Xurşidbanu Natəvan (1832–1897) Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “ Dürrü yeкta” (Təк inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. Xurşidbanu Natəvanın lirikası klassik seir məktəbinin incilərindəndir.
Qəzəllər toplusu, Xurşidbanu Natəvan
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Vasili Şukşin (1929–1974) Rus-sovet yazıçısı, kinorejissor. Şukşinin əsərlərinin qəhrəmanları kəndlilər, sadəlövh, yaxşı müşahidə qabiliyyəti olan və bəzən də acıdil insanlardır. “Günəş, qoca və qız” əsərinin janrını “tale hekayəsi” kimi müəyyənləşdirmək olar. Çünki oxucunun gözü önündə 80 yaşlı qocanın həyatı canlanır. Oxucu, qız ilə isə onun taleyinin dönüş nöqtəsində üzləşir. Əsərin qəhrəmanlarının adları yoxdur, əsər pritça kimi səslənir və üç əsas ad da elə hekayənin adında verilib.
Günəş, qoca və qız, Vasili Şukşin
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Koroğlu dastanı Alı kişi boyu. Bu dastan xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, insanların haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edir. Koroğlu dastanının qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olub. Ehtimala görə Koroğlu real tarixi şəxsiyyət olub. Haqq və ədalət yolunda qılınc çalmaqla bərabər, bədahətən şeir demək, saz çalıb oxumağı da varmış. Bu xalq qəhrəmanının təqribən XVI əsrin ikinci yarısında yaşadığı güman edilir.
 Koroğlu dastanı: “Alı kişi boyu”, Şifahi xalq Ədəbiyyatı
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Rəsul Rza (1910–1981) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim. Rəsul Rzanın özünəməxsus üslübu və poetik tərzi oxucular tərəfindən çox sevilir. “Qızılgül olmayaydı” poeması Stalin repressiyları qurbanı olmuş böyük, sevilən şair və insan Mikayil Müşfiqdən bəhs edir. Poemada müəllifin daxili təlatümləri və yaşantıları öz əksini tapıb.
Qızılgül olmayaydı, Rəsul Rza
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Mirzə Fətəli Axundov (1812–1878) Azərbaycanlı yazıçı, maarifçi, şair, materialist filosofu və ictimai xadim, Azərbaycan dramaturgiyasının banilərindən biri. Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur— pyesdə hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyo Jordan mülkədar Hətəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qadın qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Professor M.C.Paşayevin ədəbi fəaliyyətinin birinci dövründə oçerk və hekayə janrı aparıcı mövqeyə malikdir. İlk qələm təcrübəsi sayılan bu əsərlərində ədib bir sıra ciddi mövzulara toxunub. Ötən əsrin əvvəllərində ümumilikdə regionda cərəyan edən siyasi proseslərin Azərbaycan həyatına təsirini, cəmiyyətdə yaşanan təlatümləri, xalqın başına gətirilən faciələri, ermənilərin milli zəmində törətdikləri qırğınları ədəbi nümunələrində əks etdirib. Eyni zamanda insanların gələcəyə inamını, Azərbaycan cəmiyyətini bütün çətinliklərin fövqünə yüksəldən ruh yüksəkliyini və mənəvi təmizliyini xeyirin şər üzərində qələbəsi kimi qələmə verib.
Hekayələr toplusu, Mir Cəlal
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Maksim Qorki (1868–1936) Rus — sovet yazıçısı. “İzerqil qarı” qadın haqqında hekayə olub, cavanlığında yaşadığı sevgi və itkilərin birləşməsindən formalaşmış həyat təcrübəsini əks etdirir.
İzergil qarı, Maksim Qorki
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Lev Tolstoy (1828–1910) — rus yazıçı, publisist və filosof. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Sergi Ata — Tolstoyun “Sergi ata” povesti ikiləşmiş insan şəxsiyyəti, öz həyatını yaşamayan insanın faciəsi haqqında olan bir əsərdir. Əsərin qəhrəmanı Kasatski əxlaqına və davranışına görə onu əhatə edən cəmiyyətdə, insanlar arasında nümunəvi adam sayılırdı. Kasatskinin məqsədi hamıdan tərif eşitmək, özünün yaxşı, əxlaqlı, fərqli olduğunu hamıya sübut etməkdi.
Sergi ata, Lev Tolstoy
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
AnarRzayev (1938) Azərbaycan yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədridir. "Əməkdar İncəsənət Xadimi", "Xalq yazıçısı" mükafatlarının sahibidir. Mən, sən, o və telefon — yazıçının bu məşhur əsəri original tərzdə anladılan gözəl bir məhəbbət hekayəsidir.
Mən, sən, o və telefon, Anar
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
İvan Turgenev (1818–1883) Rus yazıçısı və şairi, publisisti və dramaturqudur. XIX əsr rus ədəbiyyatı klassiklərindəndir. Turgenevin yaradıcılığına altı roman, çoxlu hekayə, povest, məqalə,pyes və şeirlər daxıldir. “Mumu” əsəri 1852-ci ildə qələmə alınıb. İlk dəfə 1854-cü ildə “Sovremennik” jurnalında çap olunub. Əsər tənqidi realizm ənənələrində yazılıb. “Mumu” təhkimçiliyin eybəcərliklərini açır, o dövr mövcud ictimai quruluşu ifşa edir.
Mumu, İvan Turgenev
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
Gi de Mopassan (1850–1893) Kiçik hekayənin banisi olan XIX əsr Fransa yazıçısıdır. Hekayələri lakonikliyi ilə seçilir. “Gonbul” — Əsərdə hadisələr Fransa-Prussiya müharibəsi ərəfəsində cərəyan edir. Normandiyanın kübar nəslinə mənsub olan Yuber de Brevil, fabrikant Korre Lamodan, şərabçı Luazo, iki rahibə qadın, demokrat Koruyude (bir zamanlar çox varlı olub lakin sonradan var-dövlətini göyə sovurmuşdu) və yüngül, əxlaqsız gənc qadın Elizabet (çox kök olduğuna görə ona “gonbul” deyirdilər). Sadalanan insalar Qavr limanına getmək məqsədilə yola düşdülər.Yolboyu baş verənlər novellanın fabulasını təşkil edir.
Gonbul, Gi de MOPASSAN
Bookmate
Bookmaterəfə audio kitab əlavə etdiAudiokeçən il
İvan Krılov (1769–1844) — rus yazıçısı, təmsilçi, jurnalist. Təmsillər Krılovun təmsillərində iki əsas xüsusiyyət vardır: tənqid və nəsihət. Onun təmsillərinin bir çoxu öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və tək-tək adamları tənqid edir. O, şeirlərindən birində deyirdi: "Yeri düşəndə nöqsanları qamçılamaqdan xoşum gəlir". Nöqsanları qamçılamaq Krılovun təbiətində idi. Tülkü, Qurd, Aslan, Ayı və s. simasında oxucunun gözləri qarşısında müxtəlif insanlar, insan qrupları və insan sinifləri gəlib keçir.
Təmsillər, İvan Krılov
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl