Emil Azizovshared an impression6 years ago

Bu gün Fyodor Dostoyevskinin " Bəyaz Gecələr " adlı kiçik həcmli povestini oxuyub bitirdim. Dostoyevski “ Bəyaz gecələr ”- i 1848-ci ildə 27 yaşında yazıb və Peterburq qəzetlərinin birində dərc etdirib.Yazıçının fikrincə, "xəyalpərəstlər" əslində, yaşadığı cəmiyyətin qurbanlarıdır. Xəyalpərəstlər, təklikdə və tənha böyük, səs-küylü şəhərdə yaşayan gənclərdir. Bu ağıllı, xeyirxah, səmimi və həssas adamlar cəmiyyətdə lazımlı və faydalı olmaq istəyirlər. Onlar öz həyatlarında məna görmək və xoşbəxt olmaq istəyirlər. Romanın baş qəhrəmanı bir xəyalpərəstdir. Olduqca yalnız, tənha, səkkiz ildir Peterburqda yaşamasına baxmayaraq, heç bir dostu, kimsəsi olmayan bir xəyalpərəstdır. Peterburqun bütün küçələrinə aid olduğunu düşünən bir xəyalpərəstdir. Xəyalpərəst qəhrəmanımızın bir xüsusiyyəti də var ki, utancaqdır. Öz hislərini ifadə etməyə çətinlik çəkir. Xəyalpərəst bəyaz gecələrin birində Nastya adlı bir qızla tanış olur. Nastya ona öz sıxıcı, darıxdırıcı həyatından, sevdiyi şəxsdən və necə tərk edilməyindən danışır. Sonradan qəhrəmanımız bu qıza aşıq olur. Ancaq məhəbbətinə qarşılıq ala bilməz, çünki Nastenkanın sevdiyi və gözlədiyi başqa bir adam vardır .Lakin Nastya onu dost, qardaş kimi qəbul edir, Dostoyevskinin hər bir kitabını oxuduğumda dünyanın ən yaxşı yazıçısı olduğuna inanıram.Dostoyevski bu əsəri gənclik illərinin dostu, şair A.N.Pleşeyevə həsr edib.

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)