Rüzgar Mövsümshared an impression8 years ago

Həyata baxışımı dəyişən kitablardan biri də Cek Londonun Martin İden romanıdır. Bu əsəri ilk dəfə 11 ci sinifdə oxumuşam. O vaxt əsər məni o qədər uzaqlara aparmışdı ki, kitabı oxuyub bitirməyə heyfim gəlirdi. İstəyirdim kitabdan aldığım ləzzət heç bitməsin. Ona görə də kitabı çalışırdım lap yavaş-yavaş oxuyum. Qəhrəmanla kövrəlirdim, sevinirdim.

Roman 21 yaşlı kasıb işçi, matros Martin İdenin həyatındakı hadisələrdən bəhs edir. Müəllif romanda şəxsi azadlıq, həyatın cürbəcür çətinlikləriylə mübarizə, məqsədə çatmaq və s. vacib məqamları böyük məharətlə əks etdirib. Elə səhnələr var ki, adam onların təxəyyüldən yarandığına inanmır, sanki hər şey yanında canlı-canlı baş verir.

Sonda əsərin qəhrəmanı Martin dünyanın çətinliklərinə sinə gərərək onları bir-bir dəf edir və bütün hədəflərinə çatır. Amma…

Sonda qeyd etmək istərdim ki, hər bir Azərbaycan gənci özünü bu kitabda asanlıqla tapa bilər. Çünki, əsərdə ictimai qınaq və onunla kəskin mübarizə var. Fərdin savaşı var.

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)